Accessibility links

"Suriya hökuməti əhalinin məcburi köçürülməsini dayandırmalıdır"


Amnesty International Suriyanın mühasirədə olan bölgələrindəki dinc əhalinin evlərini tərk etmələrinə imkan verilmədiyini bildirir. Döyüş tərəfləri arasında əldə deilən razılıqlara əhəmiyyət verilmədən minlərlə məcburi köçkün açınacaqlı vəziyyətdə yaşayır.

Təşkilatın bu gün yaydığı hesabatda deyilir ki, Suriya hökuməti bu kimi razılıqlara müxalif qüvvələrin təslim olması strategiyası kimi baxır.

2011-ci ilin mart ayından Əsəd rejimi əleyhinə baş qaldıran etirazlar Suriyanı vətəndaş müharibəsinə sürükləyib. Münaqişə səbəb ilə yüz minlərlə insan həyatını itirib, milyonlarla insan evindən didərgin düşüb. Qalanlar isə hökumətlə müxalifət döyüşçülərinin mühasirəsi şəraitində həyat sürür.

Son illər ərzində bir neçə dəfə insanların belə bölgələri tərk etməsinə dair razılıqlar əldə edilib. İnsanlar müxalifətin nəzarəti altında olan bölgələrdən hökumətin nəzarət etdiyi bölgələrə köçürülüb. İdlib vilayətində sakinlər avtobuslarla hökumətin əlində olan bölgələrdən müxalifətin nəzarəti altındakı bölgələrə daşınıb.

Amnesty International bildirib ki, 2016-cı ilin avqust ayından 2017-ci ilin mart ayınadək 4 razılıq əldə edilib.

İnsan hüquqlarının müdafiəsi təşkilatları Suriya və müxalifət qüvvələrini insan haqlarını pozmaqda günahlandırıb.

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr dinc əhalinin müdafiəsinə çağırır.

Amnesty International heç bir qətnaməyə riayət edilmədiyini və BMT-nin müharibə cinayətkarlarına qarşı sanksiyalar tətbiq edilməli, habelə Suriya hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməli olduğunu bildirir.

Hesabatda həmçinin, Suriya hökuməti əhalinin məcburi köçürülmələrinin dayandırılmasına və evlərini tərk edənlərə qayıtmaq imkanı yaradılmasına çağırılır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG