Accessibility links

Türkiyə Baydenin soyqırım bəyanatına görə ABŞ-ın Ankaradakı səfirini çağırıb


Türkiyə ABŞ-ın Ankaradakı səfirini Prezident Co Baydenin Osmanlı İmperiyası tərəfindən yüz minlərlə erməniyə qarşı Dünya Müharibəsi dövründə törədilən qırğını soyqırım elan etməsini pisləmək üçün çağırdığını bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyi xarici işlər nazirinin müavini Sedat Önalın ABŞ səfiri Devid Satterflə verdiyi açıqlamada Baydenin bəyanatının heç bir qanuni əsası olmadığını və Ankaranın "bunu rədd, qəbuledilməz hesab etdiyini və ən güclü şəkildə qınadığını" deyib.

Ankara hökuməti NATO müttəfiqi olan ABŞ-ın "əlaqələri bərpa etməsinin çətin olacaq bir yara" açdığını qeyd edib.

Bayden ötən il seçki kampaniyası zamanı “erməni soyqırımını tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini” bildirmişdi.

Aprelin 21-də ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət bir qrup Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırım kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG