Accessibility links

Antarktida bitkilərinin günəşə qarşı qorunma potensialı [Video]


Antarktida bitkilərinin günəşə qarşı qorunma potensialı
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 2-3 milyon insan melanoma xərçəng xəstəliyinə yoluxur. Günəş kremi bu cür xərçənglərin qarşısının alınmasında böyük rol oynayır, amma kimyəvi maddələrlə dolu günəş kremlərinin mənfi təsirləri var. Bu səbəbdən də alimlər təbiəti araşdırıb, bitkilərin özlərini ultrabənövşəyi şüalardan necə qoruduqlarını anlamağa çalışır.

Antarktida bol sayda bioloji müxtəliflik olmasa da, bu soyuq qitədə çox sayda biktki və heyvan yaşayır.

Çilili alimlər yay aylarında ultrabənövşəyi şüaların ziyanlarına necə reaksiya verdiyiklərini araşdırmaq üçün bu bitkilərin bəziləri üzərində təqdiqat aparır.

Xüsusilə də, Colobanthus-da biz bir qrup molekul aşkar etmişik ki, bu molekullar günəş filtri kimi fəaliyyət göstərir. Bu isə çox maraqlıdır, çünki bitkinin yetişdiyi mühitdə yaz-yay aylarında şüalanma səviyyəsi çox yüksək olur. Bitkinin isə bu şüalanmanın səbəb olduğu zərərlərdən qorunma strategiyaları var
Qustavo Zuniqa

“Biz hər iki növün ultrabənövşəyi şüalanmaya qarşı qoruna bildiyini aşkar etdik,” Zuniqa deyir.

Zuniqa bu bitkilərin insanlarda xərçəngə səbəb olan ultrabənövşəyi şüalardan necə qorunduğunu araşdırır. O ümid edir ki, bitkiləri qoruyan qarışıqlar insanları da qoruya bilər.

“Xüsusilə də, Colobanthus-da biz bir qrup molekul aşkar etmişik ki, bu molekullar günəş filtri kimi fəaliyyət göstərir. Bu isə çox maraqlıdır, çünki bitkinin yetişdiyi mühitdə yaz-yay aylarında şüalanma səviyyəsi çox yüksək olur. Bitkinin isə bu şüalanmanın səbəb olduğu zərərlərdən qorunma strategiyaları var”, o deyir.

NASA-ya əsasən, sənaye dövründən bəri ozon təbəqəsinin itməsi ilə Yer kürəsinə gəlib çatan ultrabənövşəyi şüaların həcmi 30 faiz artıb, amma son illərdə bu səviyyə bir az sabitləşib.

Zuniqanın təqdiqatı həm də bitkilər üçün vacib nəticələr çıxara bilər. Belə ki, onun tədqiqatı onların qorunması və məhsuldarlıqlarının artırılması ilə bağlı vacib məlumatlar verə bilər.

Zuniqa: “Bu bizə həm də bitkilərin ultrabənövşəyi radiasiyaya necə reaksiya verdiyini anlamağa yardım edir. Biz düşünürük ki, bu məlumatdan yaxın gələcəkdə ultrabənövşəyi şüalanmaya qarşı həssas, təsərrüfat üçün vacib bitkilər üçün istifadə edə bilərik.”

Zuniqa və çalışdığı universitet onlara tədiqatlarına əsaslanan məhsullar hazırlamağa yardım ədəcək əməkdaşlar axtarır.

XS
SM
MD
LG