Accessibility links

Apple-in İrlandiyaya 15 milyard dollar məbləğində vergi ödəməsinin qarşısı alınıb


Avropa İttifaqı məhkəməsi qurumun transmilli korporasiyalar və blokun bəzi ölkələri arasında əlverişli vergi sövdələşməsi cəhdinə ciddi zərbə vurub. Belə ki, məhkəmə rexnologiya nəhəngi Apple-in İrlandiyaya 15 milyard dollar məbləğində vergi ödəməsinin qarşısını alıb.

Avropa İttifaqı Komissiyası Apple-in 2016-cı ildə İrlandiya rəsmiləri ilə qanunsuz vergi razılığı əldə etdiyini iddia edirdi. İddiaya görə şirkət olduqca aşağı məbləğdə vergi ödəyirdi.

Lakin məhkəmə bildirib ki, komissiya şirkətə "üstünlük verildiyinə dair qanuni stadartları göstərməyə müvəffəq olmayıb."

İttifaqın ikinci ən böyük Lüksemburq məhkəməsi bildirib ki, komissiya Apple-in hökumətdən yardım alması da daxil edilməklə, iqtisadi mənfəət əldə etdiyini deməsi ilə səhvə yol verib. Məhkəmənin hökmü yalnız qanuni əsasda şikayətə verilə bilər.

Avropa İttifaqı Komissiyası texnologiya nəhənginə 2003-2014-cü illərin vergilərinin ödənilməyən hissəsinin geri ödənməsinə göstəriş vermişdi. Komissiya Apple-in İrlandiyanın iki nəhəng şirkəti vasitəsi ilə Avropadan əldə etdiyi gəliririndən 1%-dən az vergi ödədiyini bildirmişdi.

Bir çox hallarda transmilli korporasiyalar 27 üzvlük Avropa İttifaqında bir ölkədə gəlirlərinin əsas hissəsindən vergi örəyə bilər. Apple və digər nəhəng şirkətlər üçün bu ölkə İrlandiyadır.

İttifaqın İrlandiya kimi kiçik ölkələri üçün bu, beynəlxalq bizneslərin cəlb edilməsi və az da olsa ödənilən vergilər baxımından böyük əhəmiyyət kəsb edir. Bu isə şirkətlərin az vergi ödəməsinə şərait yaradır.

İrlandiya hökuməti məhkəmənin qərarını alqışlayaraq, İrlandiyanın ABŞ-ın bu şirkətinə heç vaxt üstünlük vermədiyini və hökumətin şirkətə heç bir yardım gsötərmədiyini, habelə məhkəmənin də bu nöqteyei-nəzəri dəstətklədiyini bildirib.

Apple-in baş direktoru Tim Kuk Avropa İttifaqının vergilərin qaytarılması tələbini "tam bir siyasi axmaqlıq" adlandırmışdı.

Məğlubiyyət illərdir xüsusi vergi razılıqları ilə bağlı kampaniya aparan Avropa İttifaqının vitse-prezidenti Marqret Vestager üçün daha ağır olub. Tramp onu Amerikaya nifrət edən vergi ledisi adlandırır.

49 vətəndaş cəmiyyətinin üzvü Evrodad şəbəkəsi məhkəmənin qərarının hər bir vergi siyasətinin nə qədər qəddar olduğunu göstərdiyini bildirib. Şəbəkə əlavə edib ki, lazımi korporativ vergi sistemi mövcud olsaydı, uzunmüddətli məhkəmə proseslərinə ehtiyac olmazdı.

Vergi siyasəti ittifaq ölkələri arasında fərqli olsa da, qurum 27 üzv ölkə üçün eyni şaraitin yaradılmasına çalışır. Qurum eyni zamanda transmilli korporasiyalarla ultra aşağı vergi dərəcələrinin nəzərdən keçirilməsini təmin etmək istəyir.

Qərar Avropa İttifaqı üçün pandemiyanın yaratdığı iqtisadi fəsadlar dövründə qəbul edilib. Avropa İttifaqı iqtisadi çətinlik çəkən ölkələrə qitədə gəlir əldə edən korporasiyaların ədalətli vergi paylarının ödəməsini istəyir.

Eyni zamanda Avropa İttifaqı Komissiyası vergi fırıldaqçılığı ilə mübarizə üçün yeni planlar açıqlamalı idi.

Şərhlərə bax

XS
SM
MD
LG