Accessibility links

Apple şirkəti ilə ABŞ rəsmiləri arasında mübahisə başa çatdı


ABŞ Ədliyyə Nazirliyi şübhəli iPhone-a çıxış imkanı əldə edə bilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, rəsmilər kəçən il San Bernardino hücumunu həyata keçirən şəxsin telefonuna tam imkanı əldə edə biliblər və artıq telefona daxil olmaq üçün Apple şirkətinin köməyinə ehtiyac qalmayıb.

Hökumət hüquqşunasları ötən ay məhkəmədə 14 nəfərin ölümünə səbəb olan kütləvi hücuma dair instintaq üçün Apple şirkətinin telefona çıxış imkanı yaratması ilə bağlı hökm əldə etmişdi.

Məhkəmənin çıxardığı qərara görə, Apple şifrə mühafizəsini ləğv edəcək softveyr hazırlamalı və hücumu həyata keçirənlərdən Seyid Rizvan Farukun telefonuna çıxış imkanı əldə etməyə yardım göstərməlidir. Ancaq şirkət uzun müddət idi bu qərara qarşı mübarizə aparırdı.

Buna baxmayaraq, hökumətin telefona çıxışı ələ keçirməsi və hakimin Ədliyyə Nazirliyinin xahişini yerinə yetirməsi ilə hökm geri götürülüb.

Hüquq-mühafizə orqanlarının alternativ yollarla iPhone-a çıxışı ələ keçirməsi yeni hüququ suallar qaldırıb. Apple hüquqşunasları deyib ki, şirkət bunun üçün hansı vasitədən istifadə olunduğunu bilmək istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG