ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Uilliam Qill və USAID-in missiya direktoru Caydev "Cey" Sinqx aqronom Cabbar Heybətovla Quba rayonun Nügədi kəndində (Bakıdan 168 kilometr şimal) USAID yeni aqrar təlim mərkəzinin Quba-Xaçmaz regionunun meyvə istehsalçılarına necə kömək edəcəyini müzakirə edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, USAID yeni Aqrar Təlim Mərkəzində istehsalçılar bağlarını necə təkmilləşdirməyi və meyvələri ziyanvericilərdən necə qorumağı öyrənir.