Accessibility links

Argentinanın sabiq prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb


Argentinanın sabiq prezidenti Kristina Fernandezə qarşı korrupsiya ittihamı irəli sürülüb. O, qadın monastırı layihəsi adı altında milyonlarla dollarlıq vəsaitin mənimsənilməsində günahlandırılır.

Federal hakim Fernandez və iyun ayında həbs edilən ictimai əlaqələr şöbəsinin rəhbəri də daxil edilməklə, onun administrasiyasının rəsmilərini 2003-2015-ci illər ərzində yolların salınması layihələrindən külli miqdarda pul ələ keçirdiklərini bildirib.

Hakim müttəhimlərin hər birinin 633 milyonluq hesablarının dondurulmasına dair hökm çıxarıb.

Fernandez ittihamları rədd edərək, hazıkı prezident Mauriçio Makrini ədliyyə sistemini manipulyası etməkdə günahlandırıb. Sabiq prezident hakimiyyəti dövründəki bütün ictimai layihələrin yoxlanılmasını tələb edib.

Qanunsuz qruplaşma 10 il həbs cəzası tələb edir. Lakin fırıldaqçı administrasiya ittihamı irəli sürüldüyü təqdirdə onların hər birini 6 il cəza gözləyir.

Fernandezin mərhum həyat yoldaşı Nestor Kirçner 2003- 2007-ci illərdə Argentinanın prezidenti olub.

XS
SM
MD
LG