Accessibility links

Ermənistanda prezident seçkisi başqa tarixə keçirilə bilər



Ermənistanda prezidentliyə namizəd Paryur Ayrikyan Konstitusiya Məhkəməsinə prezident seçkisinin iki həftə təxirə salınması ilə bağlı müarciət edib.

Yanvarın 31-də evinin yaxınlığında silahlı hücum nəticəsində çiynindən yaralanmış Paruyr Ayrikyan bütün bu müddəti xəstəxanada olduğu üçün kampaniya apara bilmədiyini bildirib. O, konstitusiyaya uyğun olaraq, bazar günü seçki günün başqa tarixə keçirilməsinə dair müraciətini rəsmən məhkəməyə təqdim edib.

Prezidentliyə namizədə silahlı hücum seçki kampaniyasında qarışıqlıq yaratsa, bunun seçkinin nəticələrinə təsir göstərəcəyi gözlənilmir. Rəy sorğuları hazırkı prezident Serj Sarkisyanın böyük səs çoxluğu ilə daha beş il müddətinə yenidən prezident seçilə biləcəyini göstərir.

Qərb tərəfdarı sovet dissidenti olan 63 yaşlı Paruyr Ayrikyan Serj Sarkisyanla prezidentlik uğrunda rəqabət aparan yeddi namizəddən biridir.

Ermənistanda prezident seçkisi fevralın 18-ə təyin edilib.
XS
SM
MD
LG