NATO Əfqanıstanın şərq və cənub bölgələrində 3 əsgərinin həlak olduğunu bildirir. Əfqan rəsmilərinin dediklərinə görə, dünən Gündüz vilayətində bomba partlayışı iki polis zabiti və iki mülki vətəndaşın ölümünə, habelə 4 adamın yaralanmasına səbəb olub. NATO həmçinin dünən qiyamçıların hərbi posta qarşı hücumuna cavab verilərkən mülki vətəndaşların öldürüldüyünə dair iddiaların araşdırıldığını bildirib. Kunar vilayətinin polis rəisi Fransa xəbər agentliyinə NATO-nun hücumu nəticəsində 6 uşağın həlak olduğunu deyib.
NATO həmçinin qiyamçıların hərbi posta qarşı hücumuna cavab verilərkən mülki vətəndaşların öldürüldüyünə dair iddiaları araşdırır