Accessibility links

Artıq 3 gündür ABŞ hökuməti fəaliyyətini dayandırıb


Artıq üçüncü gündür ABŞ hökuməti bağlı olsa da, bu problemin yaxın günlərdə həll olunacağına dair heç bir işarə yoxdur.

Dünən axşam saatlarında Birləşmiş Ştatların Konqres liderləri Ağ Ev prezident Barak Obama ilə bir saata yaxın görüş keçirsə də, bağlı qapılar arxasında keçən görüşdə hökumətin bağlanmasına səbəb olan büdcənin təsdiqi ilə bağlı heç bir irəliləyişə nail olunmayıb.

Nümayəndələr Palatasının spikeri Con Beyner deyib ki, prezident Obama hökumətin açılması ilə bağlı heç bir danışıq aparmayacağını deyib. Respublikaçı Beynerin sözlərinə görə, o, prezidentə deyib ki, cənab Obamanın imzası ilə bağlı olan Münasib Səhiyyə Aktı səhiyyə proqramının "ədalətliliyini" müzakirə etmək istəyir.

Respublikaçılar bu səhiyyə proqramının ləğvi və ya yubadılması sayəsində hökuməti maliyyələşdirmək istəyirdi.

Senat demokratilarının lideri Herri Rid deyib ki, demokratlar respublikaçılarla ancaq bir şərtlə bütün məsələlər barədə danışmağa hazırdır: büdcə təsdiq olunsun və hökumətin fəaliyyətinin qismənm dayandırılmasına son qoyulsun.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG