Accessibility links

Arzu Qeybullayeva: Ölkəmi siyasi məhbuslarsız görmək istəyirəm


Arzu Qeybullayeva: Ölkəmi siyasi məhbuslarsız görmək istəyirəm
please wait

No media source currently available

0:00 0:04:56 0:00

Bu həftə Çexiya paytaxtı Praqada ənənəvi Forum2000 tədbiri keçirilib. Dünyada demokratiya uğrunda mübarizə naminə konfrans Çexiyanın ilk prezidenti, dövlət xadimi və yazıçı Vatslav Havel tərəfindən təşis edilib. Konfransda müxtəlif ölkələrdən ictimai xadimlər, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər. Tədbirdə Azərbaycanda demokratiyanın durumu da müzakirə edilib. Praqada Forum2000 tədbirinin iştirakçısı, jurnalist Arzu Qeybullayeva Amerikanın Səsinin Amerika icmalı proqramında Azərbaycanda demokratiya və mətbuat azadlığı haqda danışıb.

Azərbaycanlı jurnalistin Azərbaycanı necə görmək istədiyi haqda çıxışı tədbirdə maraqla qarşılanıb.

“Mən ölkəmə azad media arzuladığımı söylədim, mən ölkəmi siyasi məhbuslarsız görmək istədiyimi arzuladım. Və ölkədə ümumiyyətlə bütün azadlıqların qorunmasını arzu etdim çıxışımda.”

Arzu Qeybullayeva Praqa konfransında Azərbaycanda durumla bağlı müzakirələr zamanı səslənən əsas fikirləri qeyd edib.

Mən ölkəmə azad media arzuladığımı söylədim, mən ölkəmi siyasi məhbuslarsız görmək istədiyimi arzuladım. Və ölkədə ümumiyyətlə bütün azadlıqların qorunmasını arzu etdim çıxışımda.

“Azərbaycanda hal-hazırda siyasi məhbusların məsələsi səsləndirildi. Elə İlqar bəyin özünün forumda iştirak etməməsi və bunun səbəbləri, Erkin bəy öz çıxışında bunu qeyd etdi. Əslində, orada xeyli narahatçılıq yaratdı ki, İlqar bəy həbsdən azad olmasına baxmayaraq, hələ də ölkədən çıxışına icazə verilmədiyi dilə gətirildi. Ayrıca REAL haqda bir az danışıldı. Ümiyyətcə, ölkədə demokratik islahatların olmadığı, hansısa bir islahatın aparılması üçün şəraitin əlverişli olmadığı dilə gətirildi. Bir də dediyim kimi, ölkədə azad media məsələsi, jurnalistlərin həbsə atılması müzakirə olundu.”

Arzu Qeybullayevanın bildirdiyinə görə, forumda dünyada demokratiyanın müdafiəsi və gücləndirilməsi ilə bağlı Qərb ölkələrinin birliyinin yenidən nəzərdən keçirilməsi məsələsi qaldırılıb.

“Ayrıca bu ölkələrin bir araya gəlib Azərbaycan kimi ölkələrə başqa hansı formada kömək edə biləcəklərindən danışdılar. Əslində, çox maraqlı çıxışlar oldu. Bir sıra həm dövlət təmsilçiləri tərəfindən, həm diplomatlar tərəfindən, həm də oraya gələn başqa ölkələrin qonaqları tərəfindən ki, `biz, Qərb ölkələri olaraq populizmə, millətçiliyə özümüzü hazırlamamışıq. Və əslində hal-hazırda elə Qərb ölkələrinin böyük bir hissəsində yaşanan hadisələr bizim bunlara hazırlanmadığımızın nəticəsidir`. Əslində, çox maraqlı fikirlər səsləndi və təzədən bu cür görüşlərin yenidən baxılması, Azərbaycan kimi ölkələrdə qeyri-hökumət təşkilatlarına yenidən hansı fomalarda köməyin edilə biləcəyini danışdılar.”

Arzu Qeybullayeva müzakirələr zamanı Azərbaycanda mətbuat azadlığı sahəsində ağır durumun və jurnalistlərin həbslərinin xüsusi qeyd edildiyini bildirib.

XS
SM
MD
LG