Accessibility links

AŞPA-nın xüsusi missiyası Azərbaycandadır


Avropa Şurası hüquq departamenti katibliyinin direktoru Filipp Boillat və siyasi məsələlər üzrə direktor Aleksander Hessel Azərbaycanda səfərdədir

Avropa Şurası hüquq departamenti katibliyinin direktoru Filipp Boillat və siyasi məsələlər üzrə direktor Aleksander Hessel Azərbaycanda səfərdədir. Səfərin məqsədi hökumətlə müzakirələr aparmaqdır.

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland yanvarın 11-də Strasburqdakı çıxışında Bakıya yola salınan missiya haqqında danışıb: "Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla bağlı məsələləri müzakirə edəcək".

Filipp Boillat və Aleksander Hessel yanvarın 11-də Azərbaycan Baş Prokurorun müavini Namiq Əsgərovla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Namiq Əsgərov görüşdə deyib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi prioritet vəzifələr sırasındadır.

Azərbaycan səfərindən məmnunluğunu ifadə edən Filipp Boillat isə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG