Accessibility links

Hər il dünyada 12 milyon insan ətraf mühit səbəbindən vaxtsız ölümə məruz qalır


Dünya əhalisinin yarıdan çoxu Asiya-Sakit okeanı hövzəsində yaşayır. Həm əhali, həm də iqtisadi artıqm baxımından sürətlə inkişaf edən bu bölgə dünya əhalisinə böyük bir təhlükədir. Belə ki, Asiya-Sakit okeanı hövzəsi ətraf mühitin mühafizəsində böyük əhəmiyyət kəsb edən bir yerdir.

Hər il dünyada 12 milyon insan ətraf mühit səbəbindən vaxtsız ölümə məruz qalır. 7 milyon nəfər bəşəriyyətin ən böyük qatili olan çirkli hava şəraitinə görə dünyasını dəyişir.

İnsanların törətdiyi çirklənmə insanlar tərəfindən təmizlənə bilər.

BMT-nin Ətraf Mühit üzrə icraçı direktoru Erik Solhemin dediyinə görə, Asiyada çirklənmədən təmizlənmə ya qalib gələcək, ya da məğlub olacaq. O, iqtisadi artımın bu bölgədə çirkliliyin səviyyəsini artırdığını bildirib.

Regionda inkişaflar hava, su və torpaqların çikrlənməsi ilə müşayiət olunur. 1990-2012-ci illər arasında karbon diaksid tullantıları iki dəfə, minerallar, metallar və biokütlələrdən istifadə 3 dəfə artıb.

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 30 ən çirkli şəhərinin 25-nin Asiyanın payına düşdüyünü bildirir.

Bundan əlavə Asiya okeanları plastik tullantılarla çirkləndirir.

Solhem buna çarə tapılmasını diqqətə çatdırıb. O, Hindistanın baş naziri Narendra Modinin tullantılara nəzarət sistemini alqışlayıb. Belə ki, Mumbay çimərliklərin təmizlənməsi kimi nəhəng kampaniyaya start verib.

Lakin bütün bu səylərə baxmayaraq, ətraf mühit mühafizəçiləri Asiyanın daş kömürdən asılılığının gələcək illərdə çirklənmə prosesini sürətləndirəcəyini düşünür.

XS
SM
MD
LG