Vəkil Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində ölkədə maliyyə amnistiyası, onun yaradacağı yeni münasibətlərdən danışıb.
İsmayılov hesab edir ki, maliyyə amnistiyası iqtisadiyyatda şəffaflıq yaratmayacaq.
“Buna baxmayaraq maliyyə amnistiyası vacibdir. Bu şəffaflığın yaradılması yönündə atılan ilk addımdır”.
Eyni zamanda o hesab edir ki, məmur oliqarxlar hər bir vətəndaşın haqqını tapdayaraq xarici ölkələrdə özlərinə milyonlarla, milyardlarla ölçülən varidat toplayıb. Bununla belə amnistiya olmalıdır və amnistiya şəffaf keçirilməlidir.
“İlk öncə ölkəyə gətirilən pulun nə qədər faizinin dövlətin nəfinə tutulması müəyyən edilməlidir. Bir çoxları, o cümlədən mən hesab edirik ki, bu pullar vergidən yayınmaq və ya cinayət yolu ilə qazanılıb. Bəzi dostlarım düşünür ki, ölkəyə gətirilən pulların yarıdan çoxu ödənilməyən vergilərin və ya cinayətin kompensasiya edilməsi üçün dövlətin nəfinə tutulmalıdır. Mən isə əksinə, hesab edirəm ki, gətirilən pulların miqdarından asılı olaraq müəyyən faizi tutula bilər və ən yüksək hədd 10 faiz olmalıdır. Belə olmazsa, heç kim ölkəyə pul qaytarmaz” , İsmayılov qeyd edib.
Vəkil hesab edir ki, xarici ölkələrdə saxlanılan pulların qaytarılması haqqı tapdanan insanlar üçün də faydalıdır.
“Amnistiya dövlət məmurları da daxil olmaqla hamıya tətbiq olunmalıdır. Bu amnistiya məhz ölkədən məmurların çıxardığı maliyyəyə aid olacaq. Ona görə ki, Azərbaycanda oliqarxlar məhz məmurlardır. Ölkədə məmur olmayan və ya məmur ətrafında olmayan oliqarx yoxdur. Ona görə amnistiya hamıya tətbiq olunmalıdır”.
Onun fikrincə, oğurluq yolu ilə qazanılan pullar və əmlak şəffaflaşarsa vergi ödənişləri dəfələrlə arta bilər.
İsmayılov hesab edir ki, maliyyə amnistiyası iqtisadiyyatda şəffaflıq yaratmayacaq.
“Buna baxmayaraq maliyyə amnistiyası vacibdir. Bu şəffaflığın yaradılması yönündə atılan ilk addımdır”.
Gətirilən pulların miqdarından asılı olaraq müəyyən faizi tutula bilər və ən yüksək hədd 10 faiz olmalıdır.
“İlk öncə ölkəyə gətirilən pulun nə qədər faizinin dövlətin nəfinə tutulması müəyyən edilməlidir. Bir çoxları, o cümlədən mən hesab edirik ki, bu pullar vergidən yayınmaq və ya cinayət yolu ilə qazanılıb. Bəzi dostlarım düşünür ki, ölkəyə gətirilən pulların yarıdan çoxu ödənilməyən vergilərin və ya cinayətin kompensasiya edilməsi üçün dövlətin nəfinə tutulmalıdır. Mən isə əksinə, hesab edirəm ki, gətirilən pulların miqdarından asılı olaraq müəyyən faizi tutula bilər və ən yüksək hədd 10 faiz olmalıdır. Belə olmazsa, heç kim ölkəyə pul qaytarmaz” , İsmayılov qeyd edib.
Vəkil hesab edir ki, xarici ölkələrdə saxlanılan pulların qaytarılması haqqı tapdanan insanlar üçün də faydalıdır.
Azərbaycanda oliqarxlar məhz məmurlardır.