Accessibility links

ATƏT sədri BMT-nin Baş Katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın Baş Nazirinin birinci müavini İvitsa Daçiç BMT-in Baş Katibi Ban Ki Munla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın Baş Nazirinin birinci müavini İvitsa Daçiç BMT-in Baş katibi Ban Ki Munla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Cənab Daçiç eyni zamanda bu gün Təhlükəsizlik Şurasının iclasında ATƏT qarşısında duran prioritetlər və təşkilatla BMT arasında tərəfdaşlıq əlaqələrindən danışıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını ifadə edib. ATƏT sədri münaqişənin nizamlanmasının əhəmiyyətini vurğulayaraq, tərəfləri dialoqu davam etdirməyə çağırıb. ATƏT sədri son zamanlar təmas xəttində atəşkəsin pozulması hallarının artmasına işarə edərək vəziyyətin ciddi şəkil aldığını qeyd edib:

“Keçən il Azərbaycan və Ermənistan prezidentləri arasında üç görüş dialoqun davam etdirilməsi üçün yeni səylərə işarə kimi qiymətləndirilmişdi. Lakin buna baxmayaraq, bundan sonra yerdə vəziyyətin kəskin şəkildə pisləşdiyi və siyasi prosesin yavaşıdığının şahidi olmuşuq. ATƏT sədrliyi Minsk qrupunun yüksək səviyyədə görüşlərin keçirilməsi üçün vasitəçilik və tərəflərlə birgə münaqişənin uzun müddətli həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edilməsi səylərini dəstəkləməyə davam edir.”

ATƏT sədri regionda gərginliyin azaldılması istiqamətində növbəti addımları müzakirə etmək üçün Münhendə həmsədrlərlə, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlərini qeyd edib. Cənab Daçiç gələn bir neçə ay ərzində regiona səfər edərək, ölkə başçıları ilə görüşləri davam etdirəcəyini bildirib.

ATƏT sədri və BMT-nin Baş Katibi arasında görüşdə Ukraynada vəziyyət və ATƏT-in böhranda rolu məsələləri ətrafında geniş müzakirə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG