Bu həftəsonu Brüsselə qaçan Kataloniya regionunun keçmiş prezidenti Karles Puicdemont özünü Belçika polisinə təhvil verib. İspaniya üsyan ittihamı ilə Puicdemontun və bir neçə digər Kataloniya liderinin həbsinə dair order verib. Madrid regionun müstəqilik səylərini qarşısını almağa çalışdığı bir vaxt, Avropa boyu bir çox separatçı hərəkat baş verənləri maraqla izləyir.
Edinburq və Qlazqo küçələrində insanlar Kataloniya bayrağı ilə yanaşı Şotlandiyanın bayrağını dalğalandırıb. Avropanın bir çox yerində müstəqillik tərəfdarları katalanlara həmrəylik göstərir.
Əgər Şotlandiya müstəqillik lehinə səs versə idi, Britaniya onun öz yolunda irəliləməsinə icazə verəcəkdi. Lakin İspaniya bunu qətiyyən istəmirdi, hətta refendum keçirilməsinə belə icazə vermirdi. Beynəlxalq ictimaiyyət də İspaniyanı dəstəklədi və ‘biz qanunların pozulmasına göz yuma bilmərik’ dedi.Ceyms Ker-Lindsi
“Kataloniya və Şotlandiyadan tutmuş Fələstin və Kürdüstana kimi bütün bu insanlar ölkə olaraq mövcud olmaq haqqına sahibdirlər”, müstəqillik tərəfdarı nümayişçi Sonca Kokelin söyləyir.
Şotlandiyada 2014-cü ildə referendum keçirilib və seçicilər kiçik səs fərqi ilə Birləşmiş Krallıqda qalmaq lehinə səs vermişdi. Səsvermə Britaniya hökümətinin icazə ilə keçirilmişdi. Şotlandiyanın müstəqllik tərəfdarı Kris Bamberi deyir ki, İspaniya höküməti bundan nəticə çıxarmalı idi.
“Belə bir sual yaranır ki, əgər İspaniyanın baş naziri Mariano Rahoy Şotlandiya nümunəsindən dərs çıxarsa, refendumda qalib gələrdimi? Bir çox insan qalib gələcəyini düşünür. İspaniya höküməti hər dəfə kəskin şəkildə müdaxilə edəndə, daha çox insan müstəqilliyi dəstəkləyir”, deyə o bildirir.
Digərləri isə deyir ki, Şotlandiyanın təcrübəsi Kataloniyaya dərs olmalı idi.
“Əgər Şotlandiya müstəqilik lehinə səs versə idi, Britaniya onun öz yolunda irəliləməsinə icazə verəcəkdi. Lakin İspaniya bunu qətiyyən istəmirdi, hətta refendum keçirilməsinə belə icazə vermirdi. Beynəlxalq ictimaiyyət də İspaniyanı dəstəklədi və ‘biz qanunların pozulmasına göz yuma bilmərik’ dedi”, Sent Mari Universitetindən professor Ceyms Ker-Lindsi bildirir.
Bütün Avropa boyu separatçı hərəkatlar Kataloniyanın aqibətini diqqətlə izləyir. İtaliyanın ən zəngin iki regionu ötən ay keçirilən referendumlarda Romadan daha çox müxtariyyət əldə etmənin lehinə səs verib.
Belçikada flaman dilli şimal bölgə ilə fransız dilli cənub bölgə arasındakı gərginlik milli birliyə təhlükə yaradır.
“Bir çox hərəkat Kataloniyaya görə sevinirdi. Lakin o zamandan bəri baş verənlər onları ruhdan salıb. Onlar müstəqillik tələb edə bilər, amma beynəlxalq ictimaiyyətin dəstəyini almadan, bunu edə bilməzlər”, Ker-Lindsi deyir.
Avropa İttifaqı məsələdə qəti şəkildə Madridi dəstəkləyir. Tənqidçilər iddia edir ki, tarix ittifaqın müstəqilik əldə etmək istəyən xalqalara daha şəfqətli yanaşmalı olduğu göstərir.
“Avropa İttifaqı 1989-cu ilə, Sovet İttifaqı dağıldığı dövrə nəzər salsa, Baltikyanı dövlətlər ilə digər ölkələrin müstəqilliklərini dinc yolla əldə etdiklərini görə bilər”, Bamberi söyləyir.
Avropa İttifaqı 1989-cu ilə, Sovet İttifaqı dağıldığı dövrə nəzər salsa, Baltikyanı dövlətlər ilə digər ölkələrin müstəqilliklərini dinc yolla əldə etdiklərini görə bilər.Kris Bamberi
Ker-Lindsi deyir ki, həm Kataloniya həm Şotlandiya yanlış bir şəkildə müstəqil dövlət kimi Avropa İttifaqı üzvü olacaqlarını düşünür.
“Avropa İttifaqı bu dövlətləri tanımaq səlahiyyətinə sahib deyil. Bunu ittifaqa üzv ölkələr edə bilər. Amma hər bir halda, İspaniya bunu veto edər, Avropa İttifaqına daxil olmaq üçün isə yekdil dəstək almalısan”, deyə professor Ker-Lindsi bildirir.
Təhlilçilər deyir ki, hazırda Brexit və miqrant böhranını həll etməyə çalışan Avropa İttifaqı hər hansı ölkənin parçalanmasını istəmir.