Accessibility links

Avropa İttifaqı liderləri "omikron"a qarşı strategiyanı müzakirə etmək üçün Brüsseldə görüşür


Avropa İttifaqına üzv dövlətlərin liderləri geniş karantinlər və sərhədlərin bağlanmasının qarşısını almaq üçün koronavirusun yeni omikron variantına vahid yanaşma tapmaq məqsədilə cümə axşamı Brüsseldə bir araya gəlir.

Zirvə görüşündən əvvəl Avropanın Xəstəliklərin Qarşısının Alınması və Profilaktika Mərkəzi çərşənbə günü yeni, yüksək yoluxucu gücə malik omikron variantının gələn ayın əvvəlində regionda dominant varianta çevrilə biləcəyini bildirib.

Bayram mövsümündə turizmdən çox asılı olan bir çox ölkənin liderləri sərhədləri bağlamaq və ya məcburi test kimi əlavə səyahət məhdudiyyətləri tətbiq etmək istəmədiklərini deyib.

Lakin sammitdən əvvəl bir neçə ölkə artıq tətil zamanı bu məhdudiyyətləri tətbiq edib. İtaliya hətta peyvənd edilmiş səyahətçilərin məcburi testdən keçməsini tələb edir.

Cümə axşamı keçiriləcək iclasda peyvənd və gücləndirici proqramların sürətləndirilməsinin gərək olduğu barədə konsensus qəbul edilib.

Avropa İttifaqı liderlərinin müzakirə edəcəyi digər məsələ Ukrayna ilə sərhədə qoşun toplayan Rusiya ilə davam edən gərginlikdir. Bu, beynəlxalq ictimaiyyətdə bir çoxlarının işğalın qaçılmaz ola biləcəyinə inanmasına səbəb olub.

Çərşənbə günü Avropa Komissiyasının sədri Ursula Von Der Leyen Rusiya vəziyyəti gərginləşdirəcəyi təqdirdə ona qarşı "görünməmiş tədbirlər" vəd edib. Avropa İttifaqı ölkələri arasında Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı fikir ayrılığı mövcuddur. Bəzi ölkələr dərhal tətbiq edilməsni istədiyi halda, Fransa və Almaniya bunun işğala səbəb ola biləcəyindən qorxur.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG