Avropa İttifaqına üzv olan 23 ölkə müdafiə sahəsində daha çox əməkdaşlıq etməklə bağlı tarixi razılıq imzalayıb. Daimi Strukturaşdırılmış Əməkdaşlıq (PESCO) adlı bu razılığı imzalayan ölkələr birgə müdafiə layihələri yerinə yetirməli və müdafiə xərclərini artırmalıdırlar. İttifaqın ən qüdrətli hərbi gücü olan Britaniya daha öncə bu cür səylərə müqavimət göstərib, lakin ölkənin ittifaqdan ayrılması ilə digər üzv ölkələr bunu etmək qərarına gəliblər.
Avropada belə bir düşüncə var ki, Amerika artıq onları xilas etməyəcək, buna görə də, onlar daha ciddi olmalıdırlar və özləri özlərini müdafiə etməlidirlər. İkinci məsələ isə Brexitdir. Birləşmiş Krallıq hər zaman Avropanın müdafiə inteqrasiyasını tənqid edib.Sofia Beş
Sazişə əsasən silah almaq üçün 5,8 milyard dollarlıq fond ayrılacaq. Bundan əlavə isə əməliyyat və müdafiə araşdırmaları üçün də pul ayrılacaq. Liderlər razılığı Avropa İttifaqı üçün tarixi irəliləyiş adlandırıb.
“Bir il öncə bizim və bütün dünyanın əksəriyyəti buna nail olmağın qeyri-mümkün olduğunu düşünürdü”, deyə Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Federika Mogerini bildirib.
Tərəfdarlar deyir ki, razılıq 2011-ci ildə Liviyaya müdaxilə zamanı müşahidə olunan çatışmazlıqlara son qoyacaq. O zaman Avropa müttəfiqləri hava gücü və hərbi ehtiyatlar üçün Birləşmiş Ştatlardan yardım istəyirdi.
Üç il sonra isə Rusiyanın Krımı ilhaq etməsi bir çox Avropa liderini daha yaxın müdafiə paktının vacibliyinə inandırdı.
“Onlar qarşılarındakı fürsətdən istifadə etdi. Bu səylərə isə əsasən Almaniya və Fransa başçılıq etdi”, Avropa İslahat Mərkəzindən Sofia Beş deyib.
Bu imkan xeyli uzaqda baş verən siyasi cərəyənlar səbəbilə yarandı. Bunların sırasında ən başlıca amil Donald Trampın ABŞ prezidenti seçilməsi oldu. Seçki kampaniyası zamanı o, NATO-nu “köhnəlmiş” qurum adlandırırdı. Daha sonra o, ittifaqa dəstəyini ifadə etsə də, Brüsseldə buna dair şübhələr var.
“Avropada belə bir düşüncə var ki, Amerika artıq onları xilas etməyəcək, buna görə də, onlar daha ciddi olmalıdırlar və özləri özlərini müdafiə etməlidirlər. İkinci məsələ isə Brexitdir. Birləşmiş Krallıq hər zaman Avropanın müdafiə inteqrasiyasını tənqid edib”, Beş söyləyib.
2019-cu ildə Avropa İttifaqından ayrılmağa hazırlaşan Britaniya Aİ sazişini dəstəkləməyə söz verib.
“Məncə bu ideya çox şey vəd edir və biz onları dəstəkləyirik”, deyə Britaniyanın xarici işlər naziri Boris Conson bildirib.
PESCO-nun məqsədi hazırda NATO-nun 5-ci müddəasında qeyd olunan birgə müdafiə səviyyəsindən aşağı səviyyədə olan təhlükəsizlik əməkdaşlığını artırmaqdır.
Bir il öncə bizim və bütün dünyanın əksəriyyəti buna nail olmağın qeyri-mümkün olduğunu düşünürdü.Federika Mogerini
“NATO nümayəndələri deyir ki, onlar bunda təkrarlama və ya lüzumsuzluq riski görümürlər. Onlar sadəcə olaraq Avropa ölkələrinin müdafiə xərclərini artırmalarına və bu məsələdə daha yaxşın əməkdaşlıq etmələrinə olan ehtiyacı görürlər”, Sofia Beş söyləyib.
Təhlilçilər deyir ki, Britaniya NATO ilə Avropa İttifaqı arasında ilişib qalmaqdan qorxur. Onlar PESCO aktı altında ittifaqı müvafiq maddi dəstək və ekspertiza ilə təmin etdiyi təqdirdə Avropa İttifaqı layihələrində iştirak edə bilər.