Accessibility links

Avropa liderləri immiqrasiyaya dair razılıq əldə edib


Avropa liderləri cümə günü səhər saatlarında immiqrasiya ilə bağlı razılıq əldə edib.

Fransa prezidenti Emmanuel Makron deyib ki, razılıq “Avropanın əməkdaşlığıının nəticəsidir”.

Razılığa əsasən, könüllü Avropa İttifaqı ölkələrində mühacirlər üçün qəbul mərkəzləri təsis edəcək.

İtaliyanın baş naziri Cuzepper Konte detib ki, İtaliya dqəbul mərkəzi yaradıb-yaratmayacağına daha sonra qərar verəcək.
Sammit iştirkaçıları Aralıq Dənizi vasitəsilə Avropa İttifaqına daxil olmağa çalışan insan axınını yavaşladmaq məqsədilə Şimali Afrika ölkələrində yoxlanış məntəqələri təsis etməyi planlaşdırır.

Heç bir ölkə hələ ki, bu cür yoxlanış məntəqələrinin yerləşdirilməsinə razılıq verməsə də, Aİ liderləri onları yardım pulu ilə şirnikləndirməyi ümid edir.

Avropaya gələn mühacirlərinsayı 2015-ci il böhranından sonra kəskin azalıb. Həmin böhran zamanı ittifaqın 28 üzvü arasında bu böhranla bağlı cavab tədbirlərinə dair narazılıqlar yaranmışdı.

Bəzi ölkələr “açıq qapı” siyasətini dəstəkləsə də, digərləri mühacirlərin sərhədlərini keçmələrinin qarşısını almaq üçün baryerlər yaratmışdı.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG