Accessibility links

Bəzi Avropa ölkələri 3 aylıq qapanmadan sonra sərhədlərini açmağa başlayıb


Avropa koronavirusa görə 3 aylıq qapanmadan sonra bir çox ölkə ilə sərhədlərini açmağa başlayıb. Lakin yay tətillərini sevən avropalıların nə qədərinin səyahətə çıxacağı bəlli deyil.

ABŞ, Asiya, Latın Amerikası və Yaxın Şərqdən turistlər hələlik gözləməli olacaq.

Avropa İttifaqının daxili məsələr üzrə komissioneri Yiva Cohansson ötən həftə üzv ölkələrə bazar ertəsindən etibarən sərhədlərini aça biləcəklərini deyib.

Avropa İttifaqı, Britaniya və Şengen zonasına daxil olan və bu zonaya daxil olmayan İşveçrə kimi bəzi ölkələrə səyahətlər mümkün olacaq.

Turistlərin gəlirlərindən asılı olan Yunanıstan kimi Aralıq dənizi ölkələri qapalı qalacaq.

Yunanıstanda koronavirusdan 183 nəfər ölüb.

Avropa boyunca COVİD-19-a yoluxma halları 2.04 milyondur. Bu il Avropada 182 min insan virus səbəbi ilə həyatını itirib.

Daxili səyahətlərə icazə verən İspaniya iyulun 1-dən etibarən xarici turizmə açılacaq.

Bəzi yerlərdə sərhəd yoxlanışları ləğv edilib.

İtaliya iyunun 3-də sərhədlərini açıb. Polşa da qapılarını qonaqlarına çıaq saxlayır.

Bazar ertəsindən Almaniya və Fransa sağlamlıq sübutlarının ləğv ediləcəyini bildirib. Finlandiya, Norveç və İsveç səhayət məhdudiyyətlərini qüvvədə saxlayır.

Çexiyada İşveç, Portuqaliya və Polşanın Silesia regionundan turistlər COVID-19 testlərinin neqativ nəticələri təqdim edilməklə qəbul ediləcək.

Avstriya İspaniya, Portuqaliya, İsveç və Britaniya turistləri üçün çərşənbə axşamı açılacaq.

Danimarka Almaniya, Norveç və İslaniya turistlərinə ölkədə azı 6 gecə qalacaqları təqdirdə qapılarını açır. Norveç isə İsveçrə ilə sərhədlərini bağlı saxlayır.

XS
SM
MD
LG