Accessibility links

AŞPA məruzəçilərinin səfər proqramı açıqlanıb


AŞPA
AŞPA

Səfərin məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri Stefan Schennach (Avstriya) və Cezar Florin Preda-nın (Rumıniya) Azərbaycana səfərinin proqramı açıqlanıb.

Bundan əvvəl AŞPA bildirib ki, onlar Azərbaycanda yanvarın 12-dən 14-ə kimi olacaqlar.

Səfərin məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

AŞPA-nın mətbuat xidməti yanvarın 10-da bildirib ki, məruzəçilərin parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının sədri, parlament üzvləri ilə görüşləri planlaşdırılır.

Assambleya nümayəndələri Azərbaycan tərəfinin təsdiqindən sonra ölkə prezidentilə görüşməlidirlər.

Bundan əlavə, onlar vətəndaş cəmiyyətinin, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəklər.

Azərbaycan hələ də Assambleyanın monitorinqi altında olan Avropa Şurasının 9 ölkəsindən biridir. Bu prosedur hakimiyyətlə daimi dialoq, müntəzəm hesabatlar və Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsində irəliləyişlə bağlı vaxtaşırı debatları əhatə edir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG