Accessibility links

Putin Bakıda İlham Əliyev və Ərdoğanla görüşəcək


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək. O, Azərbaycan prezidenti İlham Əliyevlə və çox güman ki, Beynəlxalq Olimpiya Komitəsinin sədri və türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.

RİA agentliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən bildirir ki, prezident Putin Kremldə milli bayraqla bağlı qəbuldan dərhal sonra Bakıya yola düüşəcək.

“İyunun 12-də axşam o, Avropa Oyunlarının açılışında iştirak edəcək. Onun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə görüşəcəyi istisna deyil. İyunun 13-də Azərbaycan prezidenti Əliyevlə söhbət olacaq”, Uşakov Moskvada keçirilən brifinqdə bildirib.

Kremlin rəsmi saytı isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadla məlumat yayıb ki, Rusiya və Türkiyə prezidentləri - Vladimi Putin və Rəcəb Tayyip Ərdoğan iyunun 8-də telefon söhbətində Bakıda görüş imkanları üzərində işləmək haqqında razılığa gəliblər.

İkitərəfli əməkdaşlığın müxtəlif aspektləri, birgə enerji layihələrinin həyata keçirilməsi haqqında söhbət aparılıb.

Tərəflər Putin və Ərdoğanın Bakıda Avropa Oyunlarının açılış mərasimində iştirakı çərçivəsində hər iki liderin mümkün görüşü üzərində elə bu gün işləməyə başlamaq haqqında razılığa gəliblər.

Xatırladaq ki, Moskva və Ankara bir müddət əvvəl Qara dənizin dibi ilə Rusiyadan Türkiyənin Avropa ilə sərhədinə qədər “Türk axını” qaz kəməri layihəsinin həyata keçirilməsi haqqında razılığa gəlib. Lakin Putinin Yerevanda “erməni soyqırımı” haqqındakı bəyanatlarından sonra Ankara bu layihəni həyata keçirmək istəmədiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG