Accessibility links

17 yaşınadək futbolçuların Avropa çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək


17 yaşadək futbolçuların Avropa çempionatının loqosu
17 yaşadək futbolçuların Avropa çempionatının loqosu

Prezident Əliyev çempionatın keçirilməsinin təmin edilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycandakeçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı həmçinin 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sənədə görə, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər - 2016-cı il aprelin 1-dən iyunun 1-dək, final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il aprelin 20-dən mayın 25-dək,akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər - 2016-cı il mayın 1-dən 25-dək Azərbaycana sadələşdirilmiş viza ilə daxil olacaq.

XS
SM
MD
LG