Accessibility links

Avropada 2015-ci ildən terror hücumları nəticəsində ölənlərin sayı kəskin artıb


Avropa İttifaqı polis təşkilatının verdiyi məlumata əsasən, Avropada 2015-ci ildən terror hücumları nəticəsində ölənlərin sayı kəskin artıb.

Çərşənbə günü açıqlanmış hesabatda Qərb hərbi aliyansının İŞİD-in İraq və Suriyada İslam Dövləti qrupuna qarşı təzyiqləri artırdığı vaxt İŞİD-in “xarici ölkələrdə terror əməliyyatlarının hazırlanmasına” üstünlük verəcəyi ilə bağlı xəbərdarlıq edilir.

Hesabatda Avropa İttifaqı ölkələrində baş verən terror hücumları nəticəsində 151 insanın həlak olduğu və 360 nəfərin yaralandığı bildirilir. Qərargahı Haaqa şəhərində yerləşən Avropol təşkilatının hesabatında Avropa İttifaqına üzv olan altı ölkənin 211 törədilmiş, uğursuzluğa uğramış və zərərsizləşdirilmiş terror hücumu ilə qarşılaşdığı deyilir.

Nəticədə 424-ü Fransada olmaqla 1077 şəxs terrorizmlə bağlı cinayətlərlə əlaqədar həbs edilib. Məhkəməyə çıxarılmış şübhəlilərin 94 faizi təqsirli hesab olunub.

İŞİD və Əl-Qaidə son zamanlar Qərb ölkələrində yaşayan müsəlmanları təkbaşına hücumlar törətməyə çağırır. Hesabatda deyilir ki, İŞİD-in azlıqların nümayəndələrinin "xarici terrorçu döyüşçülərin gələcək nəsli kimi yetişdirilməsi üçün onlara təlim verməsi" gələcək təhülkəsizlik üçün risklər yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG