Qərbi Avropada baş verən daşqınlar nəticəsində ölənlərin sayı bazar günü 180-ə çatıb. Xilasedicilər suyun geri çəkilməsindən sonra dağıntıların altında daha dərin axtarışlar apara biliblər.
Polis daşqının ən pis təsirinə məruz qalan Almaniyanın qərbi Raynland-Palatinat ştatının Arveiler ərazisində tələfatın 110 olduğunu və rəqəmlərin daha da arta biləcəyini bildirib. Almaniyanın ən çox əhalisi Şimali Rayn-Vestfaliya ştatında 45 nəfərin, o cümlədən dörd yanğınsöndürənin oldüyü təsdiqlənib. Belçika 27 tələfatın olduğunu təsdiq edib.
Kansler Angela Merkelin Arveilerin yaxınlığında Şuld kəndini ziyarət edib. O, şənbə günü də ərazini ziyarət edib və oranın bərpa olunması üçün uzun müddət dəstəyə ehtiyacı olduğunu bildirib.
Maliyyə naziri Olaf Şolz deyib ki, o, çərşənbə günü Kabinet iclasında yardım paketi təqdim edəcək. Şolz Bild am Sonntag qəzetinə 354 milyon dollara ehtiyacın olacağını deyib. O həmçinin deyib ki, rəsmilər yenidənqurma proqramı hazırlamalıdırlar. Onun fikrincə öncəki daşqınlardan əldə olunan təcrübəyə əsasən yenidəqurma işləri milyardlarla avro pula başa gələcək.
Almaniya, Belçika və Niderlandda daşqının ən çox təsirinə məruz qalan ərazilərində yağış dayansa da, qərbi və mərkəzi Avropanın digər hissələrində leysan yağışlar və fırtınalar davam edir. Şənbə gecə Almaniya-Çexiya sərhədində, habelə Almaniyanın cənub-şərq hissəsi və Avstriya ilə sərhədində də daşqın verib.
Almaniyanın Berxtesqaden ərazisində Açe çayında suyun səviyyəsinin artmasından sonra təxminən 65 nəfər evakuasiya olunub. Azı bir nəfər həyatını itirib.
İqlim ekspertləri deyir ki, ekstremal hava şəraiti ilə qlobal istiləşmə arasındakı əlaqə şübhəsizdir və iqlim dəyişikliyi ilə bağlı tədbir görməyin təcililiyi danmazdır.
Alimlər hələ ki, daşqınlara iqlim dəyişikliyinin səbəb olub-olmadığını dəqiq bilmirlər, amma onlar bunun düny boyu müşahidə olunan ekstremal hava şəraitini daha da pisləşdirir.