Accessibility links

Avropada COVİD-19-a qarşı yeni tədbirlər və qapanmalar etirazlarla qarşılanıb


Avropada COVİD-19-a qarşı yeni tədbirlər və qapanmalar etirazlarla qarşılanıb
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Avropada COVİD-19-a qarşı yeni tədbirlər və qapanmalar etirazlarla qarşılanıb

Həftəsonu Avropanın bir sıra ölkələrində insanlar daha sərt koronavirus məhdudiyyətlərinə etiraz etmək üçün küçələrə çıxıb. Aİ-nin bəzi bölgələrində rekord yoluxma sayı qeydə alındıqca, bu ölkələrin bəzilərində seçilmiş rəsmilər peyvənd olunmamışlar üçün ictimai həyatı məhdudlaşdırmağa başlayırlar.

“Birlikdə azadlıqda” yazılmış plakatlar daşıyan etirazçılar bazar günü Belçikanın paytaxtı Brüsseldə COVID-19-un yayılmasının qarşısını almaq üçün tədbirlərin sərtləşdirilməsinə qarşı yürüş keçirib. İzdiham peyvənd olunmamış insanların barlara və restoranlara girməsinə qadağa qoyulması kimi addımlara etiraz etmək üçün tüstü bombaları və fişənglər atıb.

Cümə günü Niderlandın Rotterdam küçələrində hökumət peyvənd və ya infeksiyadan sağalma sübutunu göstərən "korona buraxılışı" kimi koronavirusun qapanma tədbirləri planlarını elan etdikdən sonra nümayişçilər polis maşınlarını yandırmaqla etirazlar zorakılıqla müşayiət olunub. Polis şəhər merinin “zorakılıq kütləsi” adlandırdığı izdihama qarşı su şırnaqlarından istifadə edib və atəş açıb.

Orada 5 polis əməkdaşı yaralanıb, azı 28 nəfər saxlanılıb, bəziləri isə güllə yarası şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Şənbə günü atəşfəşanlıq qarışıqlığın bir hissəsi olub, çünki insanlar COVID-19 dalğaları ilə mübarizə aparan xəstəxanalara əlavə təzyiq göstərməmək üçün Yeni il gecəsi atəşfəşanlıq qadağasına etiraz ediblər. Niderlandda gündəlik yoluxma halları pandemiyanın başlanmasından bəri ən yüksək səviyyədə qalır.

Bu arada, gündəlik COVID ölüm nisbətinin son zamanlar üç dəfə artdığı Avstriyada kansler Aleksandr Şallenberqin bütün əhalinin fevral ayına qədər peyvənd olunmalı olduğunu elan etməsindən sonra Vyanada təxminən 35 min insan buna etiraz edib. Əhalinin təxminən üçdə ikisi tam peyvənd olunmuş Avstriya bütün Avropada ən aşağı peyvəndlənmə göstəricilərinə malikdir, buna görə də hökumət ümummilli qapanma tətbiq edib. Etirazçılar azadlıqlarını geri istədiklərini deyirlər.

“Bu, iki ildir ki, davam edir və sonu görünmür. Hər gün yeni bir şey açıqlanır və biz daha nəyə inanacağımızı bilmirik. Vəziyyət belədir” - deyə, adının açıqlanmasını istəməyən qadın etirazçı bildirib.

Avstriyanın ifrat sağçı Azadlıq Partiyası peyvənd əleyhinə MFG partiyası və başqa bir ifrat sağçı qrupla birlikdə nümayiş təşkil edib. Azadlıq Partiyasının lideri COVID-19 üçün müsbət test edildikdən sonra iştirak edə bilməyib. Bəzi avstriyalılar başqa bir karantinin qaçılmaz olduğunu deyirlər.

“Bəyənməsəm də, başqa yol yoxdur. Pandemiyanın ən azı üç il davam edəcəyi yazılır və biz bundan qaçmalıyıq” - deyə, şəhər sakini Veronika Nyemes bildirib.

Cümə günü Berlində keçirilən mətbuat konfransında Almaniyanın səhiyyə naziri vəzifəsinin icraçısı xəstəxanaların COVID yoluxmaları ilə dolu olduğunu və xəstələrin qonşu ölkələrə köçürülməsi lazım ola biləcəyini deyib. Almaniyanın yoluxucu xəstəliklərin qarşısının alınması üzrə rəhbəri bildirib ki, COVID ilə bağlı vəziyyət nəzarətdən çıxıb.

“Bu, artıq ayrı-ayrı sıçayışlar deyil. Bütöv Almaniya böyük bir epidemiya yaşanır. Bu, ümummilli fövqəladə vəziyyətdir. Biz indi təcili əyləci basmalıyıq. Bütün sərhədlər artıq keçilib” - deyə, Robert Kox Xəstəliklərə Nəzarət və Profilaktika İnstitutunun rəhbəri Lotar Vyeler bildirib.

Qonşu Avstriya bazar ertəsi günü ümummilli qapanmaya hazırlaşarkən Almaniya rəsmiləri peyvənd edilmişlər üçün də eyni şeyi etməyi istisna edə bilməyəcəklərini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG