“Avropada bayram tamamilə fərqli keçir. Təbii ki, burada qürbətdir, nisgil vardır. Bu günü sadəcə bir konsertlə, bayram konserti ilə keçirmək olur,” deyə Norveçdə mühacirətdə yaşayan təbrizli müğənni və diaspor fəalı Məhəmməd Rza Təbrizli bildirir. Amerikanın Səsi ilə söhbətdə cənab Təbrizli Avropada yaşayan güneyli mühacirlərin təşkil etdiyi bayram şənlikləri ilə İran Azərbaycandakı bayram atmosferinin çox fərqli olduğunu deyir.
Güneyli fəal İran Azərbaycanında bayramın bütün əhali tərəfindən bir milli bayram kimi qeyd edildiyini önə çəkir:
Güney Azərbaycanda olduğumuzda bütün adət və ənənələrimiz gözəlcə yerinə gəlir... Bayram gəldiyində əhali arasında bayramlaşma olur. Daha dəqiq desək ulus bayramıdır. Yolda, küçədə, bazarda bütün xalq bir biri ilə salamlaşır, bayramlaşır, küsülülər barışır.M.R Təbrizli
“Təbrizdə və ya Güney Azərbaycanda olduğumuzda bütün adət və ənənələrimiz gözəl yerinə gəlir. Bizim dörd çərşənbəmiz vardır, Ərgənəgün bayramı gəlmədən öncə bunlar hamısı qeyd olunur... Ailələr bir birlərinə çərşənbəliklər göndərir. Bayram gəldiyində əhali arasında bayramlaşma olur. Daha dəqiq desək ulus (milli) bayramıdır. Yolda, küçədə, bazarda bütün xalq bir-biri ilə salamlaşır, bayramlaşır, küsülülər barışır.
“Avropada tamamilə fərqlidir. Təbii ki, burada qürbətdir, nisgil vardır. Bu günü sadəcə bir konsertlə, bayram konserti ilə keçirmək olur. Əlbəttə Avropanın bəzi ölkələrində görürük ki, soydaşlarımız gedirlər, açıq bir alanda son çərşənbəni də qeyd edirlər...”
Məhəmməd Rza Təbrizlinin dediklərinə görə, əvvəllər İrandan gələn mühacirlər Novruz Bayramını birgə qeyd edirmişlər, ancaq, son illərdə artıq müxtəlif etnik cəmiyyətə mənsub olan mühacirlər ayrı-ayrı bayram şənlikləri təşkil edirlər:
“Daha öncə bayramları birlikdə keçirirmişlər, indi biraz fərqli olubdur. Bunun siyasi səbəbləri var. Misal üçün 25 il bundan öncə, Azərbaycan dərnəkləri çox az idi. İran əncümənləri deyirdilər. Azərbaycan türkləri dərnək açanda isə İran Azərbaycaycanlıları dərnəyi adı ilə açırdılar. Ancaq indi Azərbaycan dərnəkləri var.”
Daha öncə bayramları birlikdə keçirirmişlər, indi biraz fərqli olubdur. Bunun siyasi səbəbləri var. Misal üçün 25 il bundan öncə, Azərbaycan dərnəkləri çox az idi. İran əncümənləri deyirdilər.M.R Təbrizli
O, müxtəlif etnik qrupların siyasi səbəblər üzündən bayramı birgə qeyd etmələrinin çox çətin olduğunu söyləyir.
“Bayramı birlikdə keçirmək çətin olar. Misal üçün mən Güney Azərbaycanı, İrandan olan xalqları desəm, bunların siyasi sorunları vardır. Bunlar birlikdə keçirə bilməzlər.”
Avropada təşkil olunan müxtəlif bayram mərasimlərində musiqiçi və müğənni kimi iştirak edən Təbrizli, həmçinin həmin tədbirlərin mahiyyəti və icra olunan proqramlar haqqında danışıb.