Accessibility links

Avstraliya Senatı eynicinsli nikahla bağlı qanun layihəsini təsdiq etdi


Avstraliya eynicinsli nikahların qanuniləşdirilməsinə daha bir addım yaxınlaşıb.

Senat çərşənbə günü eynicinsli nikahın qanun kimi qüvvəyyə minməsi üçün lazımı dəyişikliklər bağlı qərar qəbul etdi. Qanunun gələn həftə qüvvəyə minəcəyi ehtimal edilir.

Qanun layihəsi dörddə üç nisbətlə təsdiq edildi. Bu, senatorların əksəriyyətinin mühafizəkarların irəli sürdüyü dindarlara eynicinsli nikarları inkar etməyə imkan verən təklifi rədd edəndən sonra baş verdi.

Qanun layihəsinin 7 dekabr tarixində Nümayəndələr Palatasında təsdiq ediləcəyi gözlənilir. Baş nazir Malkolm Ternbull bu qanunun Milada kimi qüvvəyə minəcəyinə söz vermişdi. Beləliklə Avstraliya eynicinsli nikahları qanuniləşdirən 26-cı ölkə olacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG