Accessibility links

Avstraliyalı həkim isti havanın koronavirusun yayılmasının qarşısını almayacağını deyir


Avstraliyada təsdiqlənmiş koronavirus hallarının sayı artmaqda davam edir. Həkimlər infeksiyanın isti hava şəraitində azalacağını düşünmədiklərini deyir. Ötən ay ABŞ prezidenti Donald Tramp pandemiyanın aprel ayında Şimali Yarımkürəsində isti temperaturla bitəcəyini proqnozlaşdırmışdı. Avstraliyada COVID-19-un təxminən 300 təsdiqlənmiş halı var və 5 nəfər ölüb.

Dünya ailmləri COVID-19 virusunun sirlərini tapmaq üçün peyvənd axtarışını davam etdirir. Xəstəlik ilk dəfə Çində keçən ilin sonlarında baş qaldırıb. Bəzi mütəxəssislər yeni koronavirusun soyuq, quru havada inkişaf edən qrip kimi davranacağına və yay aylarında Şimali Yarımkürəsinin mülayim bölgələrində gəldikcə azalacağına ümid edirdilər.

Koronavirusun mövsümünü tapmaq nəticədə hansı peyvəndin bu infeksiyanın qarşısını ala biləcəyini təyin etməyə yardım edə bilər.

Hələlik isti hava şəraitinin virusu azaldacağı və ya dayandıracağı barədə heç bir əlamət yoxdur.

Avstraliya payızın ilk ayındadır və temperaturun hələ də müsbət 20-30 dərəcə də olmasına baxmayaraq, virus yayılmaqda davam edir.

Sidney həkimi Bred Makkey isti hava şəraitinin COVID-19 yayılmasının qarşısını almadığını deyir.

"Şimal yarımkürəsində, xüsusən də İtaliyada vəziyyətin dəhşətli olduğunu gördük. Yay aylarında vəziyyətin yaxşılaşacağına ümid edirik, lakin həqiqətən bunun belə olacağını bilmirik. Avstraliyada hava hələ də nisbətən istidir və xəstəlik yayılmaqda davam edir. Buna görə də günəşin insanları xilas edəcəyini deyə bilmərəm. Düşünürəm ki, virus yay aylarında da insanlardan insanlara keçə bilər" - deyə, Makkey bildirib.

Avstraliya və Yeni Zelandiya artıq yeni koronavirusun yayılmasının qarşısını alamq üçün bütün beynəlxalq səyahətçilərə məcburi karantin tətbiq edilməsinə əmr verib.

XS
SM
MD
LG