Türkiyə polisi Avstraliya ilə Etihad hava yollarına məxsus təyyarəyə partlayıcı yerləşdirilməsinə dair istintaqa əməkdaşlıq etdiyini bildirib.
Kanberra Təyyarənin Türkiyədən uçduğunu bildirir. Polisin byanataında deyilir ki, Avstraliya rəsmiləri ilə hadisədən xəbər duyulunca dərhal əlaqə saxlanılıb.
"Tərəflər qeyri-dəqiq və təsdiq edilməmiş məlumatla bağlı 3 ay əvvəl yaxından əməkdaşlığa başlayıb" - deyə bəyanatda bildirilir.
Avstraliya polisi bir şəxsin qardaşını Sidney hava limanına yollayaraq ət maşını adı altındaTürkiyədən gələn təyyarədən bomba qurğusunu qarşılamasını istəyib.
Yüksək partlayış dərəcəsinə malik olan bomba karqo təyyarəsi ilə daşınıb. Bunun arxasında İslam Dövlətinin dayandığından şübhələnilir.