Accessibility links

Avstraliyada öz qızını girov götürən şəxs həbs olunub


Avstraliyada öz qızını girov götürən şəxs həbs olunub
Avstraliyada öz qızını girov götürən şəxs həbs olunub

Avstraliyanın Sidney şəhərində hüquq idarəsində girov böhranı xətərsiz sovuşub. Polis öz qızını girov götürərək binaya daxil olan və üzərində partlayıcı qurğu olduğunu iddia edən şəxsi həbs edib.

Adı hələlik naməlum saxlanılan kişi bu gün səhər binaya bir qızla daxil olub və kürəyindəki bağlamada partlayıcı qurğu olduğunu iddia edərək məhkəmə işçisinə dövlət hüquq departamentinə zəng etməyi tələb edib. Bundan sonra binadakı insanlar evakuasiya olunub və polis 52 yaşlı kişi ilə 11 saat danışıqlar aparıb.

Polis müxbirlərə danışıqlar baş tutmadığı təqdirdə kişini tərkisilah etmək üçün binaya hücumun vacib olduğunu bildirib.

XS
SM
MD
LG