Accessibility links

Dünyanın iki nəhəng avtomobil istehsalçısı birləşir


Çərşənbə günü Fiat Chrysler Automobiles və PSA Peugeot yanacaq tullantılarının tənzimlənməsi və yeni sürücülük texnologiyalarına keçid problemlərinin həlli məqsədi ilə dünyanın dördüncü ən böyük avtomobil şirkətini yaratmaq haqda birləşmə sazişi imzalayıb.

Şirkətlərin birgə bəyanatında deyilir ki, yeni qrupa PSA-nın maliyyə üzrə CEO olan Karlo Tavares, birləşmiş şirkətin sədri Fiat Chrysler-in sədri Con Elkannın rəhbərlik edəcək. Fiat Chryslerin CEO-su isə Mayk Menli olacaq.

Yeni şirkət üçün heç bir ad seçilməyib. Bunu idarəçilər telefon konfransında deyiblər, lakin həm Tavares, həm də Menli bunun "həssas mövzu" olmadığını israr ediblər.

Oktyabr ayında açıqlanan müqavilə bərabər hüquqlu birləşmə olaraq elan edilsə də, PSA və Tavares üstünlüyə malikdir. Bu da Fransa avtomobil istehsalçısına gündəlik idarəetmədə əlavə səs imkanı verir. İcraçı direktorlar razılaşmanın imzalanmasının 12-15 ay çəkəcəyini gözlədiklərini açıqlayıblar. Bu, təxminən 170 milyard avro gəlir gətirən və ildə 8,7 milyon avtomobil istehsal edən bir qrup yaradacaq. Belə olacağı halda, sözügedən avtomobil şirkətlər qrupunu yalnız Toyota, Volkswagen və Renault-Nissan alyansı qabaqlayacaq.

Alyansın illik 3.7 milyard avroya qənaət edəcəyi gözlənilir. Bu məbləğlə "davamlı hərəkətliliyin yeni dövrünə" sərmayə qoyulmaqla xüsusilə Avropada yeni sərt tullantı qaydalarına cavab veriləcək.

Şirkət Hollandiyada yerləşəcək və Paris, Milan, Nyu York şəhərlərində satış edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG