Accessibility links

AXCP fəalı həbs olunub


Emil İsgəndərov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər komitəsinin üzvü Emil İsgəndərov polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs olunub.

AXCP-nin məlumatına görə, fəal noyabrın 15-də səhər saatlarında Bakının Binə qəsəbəsində saxlanılıb. Mərdəkan qəsəbəsindəki polis bölməsinə, oradan da Bakının Yasamal rayon Polis İdarəsinə aparılan fəalın yaxınları ilkin olaraq bildiriblər ki, E.İsgəndərov 5 gün müddətinə həbs edilib. Amma sonradan fəalın 30 gün həbs edildiyi məlum olub.

AXCP E.İsgəndərovun həbsini hakimiyyətin müxalif əhval-ruhiyyəli gənclərə qarşı repressiyalarının tərkib hissəsi kimi qiymətləndirib.

Hələlik hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna qoşunları Xarkiv şəhərini geri alıb
please wait

No media source currently available

0:00 0:08:43 0:00
XS
SM
MD
LG