Accessibility links

Eyfel Qülləsinin işçiləri aksiya keçirir


Eyfel Qülləsinin işçiləri Parisin bu məşhur məkanını qismən bağladıqdan bir gün sonra, bu gün tamamilə bağlayacaqları ilə təhdid edirlər.

Qüllənin işçiləri etiraz aksiyasını turistlərin daha uzun növbələrdə dayanmasına səbəb olacaq yeni qaydalara qarşı çıxır.

İdarə rəhbərliyi işçilərin etiraza çərşənbə günü axşamüstü başladıqlarını bildirib. Rəhbərliyin dediyinə görə, işçilər qüllənin bağlanmasına həmkarlar ittifaqı ilə danışıqlar apardıqdan və razılığa gəlmədikdən sonra turistlər qüllədə ikən məcbur edib.

Eyfel Qülləsinin işçiləri keçən ay biletlərini əvvəlcədən internetdə satın alanların ziyarət vaxtlarını özlərinin təyin etməsinə etiraz edir.

XS
SM
MD
LG