Accessibility links

Azərbaycan da daxil olmaqla, Şərqi Avropa ölkələrində peyvənd proqramı həyata keçiriləcək


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa İttifaqı (Aİ) Şərqi Avropanın altı ölkəsinə COVID-19-a qarşı vaksinasiyaya kömək üçün 40 milyon avro (48,5 milyon dollar) dəyərində regional proqram həyata keçirir.

Proqrama Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın daxil olduğu bildirilir.

"Proqram ölkələrin vaksinasiya prosesinə hazırlığını gücləndirərək, onları COVAX-la birlikdə Aİ-na üzv dövlətlərlə birgə peyvəndin paylanma mexanizmləri vasitəsi ilə peyvəndlərin effektiv qəbulu və idarəsi üçün hazırlaşdıracaq" - deyə, Avropa Komissiyası bildirib.

COVAX yoxsul ölkələrə vaksin dozlarının vurulmasını hədəfləyən qlobal bir təşəbbüsdür.

Aİ Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bu altı Şərqi Avropa ölkəsi ilə əlaqələri gücləndirməyə çalışır.

Aİ peyvənd proqramının xərclərini üç il müddətində ödəyəcək, ÜST isə proqramın həyata keçirilməsinə kömək edəcək.

XS
SM
MD
LG