Accessibility links

Azərbaycanda məhkəmələrin səmərəliliyinin və keyfiyyətinin artırılması layihəsi həyata keçiriləcək


“Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin həyata keçirilməsi üçün 915000 avro ayırılıb. İyulun 2-də layihənin təqdimatı olacaq.

Avropa Şurasının Bakı ofisinin məlumatına görə, layihə Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçiriləcək. Layihə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən reallaşdırılacaq.

Ölkə rəsmiləri ədalətli və azad məhkəmə sisteminin qurulduğunu bəyan etsə də yerli hüquq müdafiəçiləri son illərdə yüzlərlə insanı siyasi məhbus kimi tanıyıb.

Layihənin ümumi məqsədləri CEPEJ-in alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq və məhkəmə qərarlarının icrası sisteminin hüquqi və institusional cəhətdən modernləşdirilməsi, eyni zamanda icra prosedurlarında iştirak edən qurumların potensialının gücləndirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir.

Proqram 2021-ci ilin avqustun 31-dək davam edəcək.

Beynəlxalq hüquq təşkilatları Azərbaycanda jurnalist Əfqan Muxtarlı kimi onlarla adamın siyasi motivli ittihamlarla həbsdə olduğunu və məhkəmələrin bəzən sifarişli əsasda işlədiyini bildirir.
Beynəlxalq hüquq təşkilatları Azərbaycanda jurnalist Əfqan Muxtarlı kimi onlarla adamın siyasi motivli ittihamlarla həbsdə olduğunu və məhkəmələrin bəzən sifarişli əsasda işlədiyini bildirir.

Azərbaycanda 111 məhkəmədə 600-dək hakim fəaliyyət göstərir. Ölkənin məhkəmə sistemi yerli və beynəlxaql ictimaiyyət tərəfindən tənqidə məruz qalan qurumlardan biridir. Ölkə rəsmiləri ədalətli və azad məhkəmə sisteminin qurulduğunu bəyan etsə də, yerli hüquq müdafiəçiləri son illərdə yüzlərlə insanı siyasi məhbus kimi tanıyıb.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı onlarla insanı “vicdan məhbusu” elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Azərbaycan məhkəmələrinin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə minlərlə şikayət göndərilib.

XS
SM
MD
LG