Accessibility links

Azərbaycanda parlament seçkiləri başa çatdı


Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Səsvermə Bakı vaxtı ilə saat 8-də başlayıb. Müşahidələr seçici fəallığının aşağı olduğunu göstərib.

Bununla yanaşı, seçki məntəqələrinin daxilində aktivlik olub. Seçiçilər az olsa da, müşahidəçilər fəal olub. Xüsusilə müxalif namizədlərin müşahidəçiləri, səlahiyyətli nümayəndələri və vəkilləri seçki prosesində qanunvericiliyə əməl edilməsini tələb edib. Onlar hər bir seçicinin kimliyini öyrənib, seçki komissiyasının üzvlərini intizama dəvət edib.

Azərbaycanda parlament seçkiləri
please wait

No media source currently available

0:00 0:05:14 0:00

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib.

Seçkiləri həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçisi müşahidə edib. Seçki günü Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının müşahidəçiləri də DTİHB-nin müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyib.

Azərbaycanda parlament seçkiləri
Azərbaycanda parlament seçkiləri

Səsvermə Bakı vaxtı ilə saat 19-da başa çatıb.

Aparıcı müxalifət qurumlarından Milli Şura və Xalq Cəbhəsi Partiyası, o cümlədən Haqq Ədalət Partiyası seçkiləri boykot edib. Bu siyasi qurumlar seçkiqabağı mühitin demokratik seçkilər keçirilməsinə imkan vermədiyini bəyan edib.

Bununla yanaşı, müxalifətdə olan Müsavat və Real Partiyaları seçkilərə qatılıb. Bu qurumlar demokratik seçki mühiti yaradılması üçün seçkilərdə iştirakın vacibliyini bildirib.

Hökumət və Mərkəzi Seçki Komissiyası isə ölkədə demokratik seçkilərin keçirilməsi üçün bütün imkanların yaradıldığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG