Accessibility links

"Azadlıq” qəzeti Türkiyəni “gülənçi” adı ilə keçirilən həbslərə münasibət bildirməyə çağırır


“Türkiyə hökuməti vicdanlı, təmiz insanların “gülənçi” adıyla həbsə atılmasına etiraz bildirməlidir. Bu adamların həbsinə görə həm də Türkiyə məsuliyyət daşıyır. Çünki, Türkiyə hökuməti Azərbaycan hökumətinin Gülən şəbəkəsiylə saxta mübarizəsini qəbul etmiş kimi görünür.

Türkiyə hökuməti də bilməlidir ki, Azərbaycan hakimiyyətinin məqsədi Gülənçilərlə mübarizə deyil. Hakimiyyət yeganə müstəqil mətbuatı sıradan çıxarmaq, real müxalifəti məhv etmək niyyətindədir”. Bu barədə “Azadlıq” qəzetinin Türkiyə hökumətinə çağırışında deyilir.

Qəzet bir daha Türkiyə hökumətinə səslənir ki, ortaya mövqe qoysun.

“Siz həbs olunan müxalifətçilərin Gülənçi olduğuna inanırsız? Bu rüsvayçılığa haqq qazandırırsız? “Azadlıq” ın maliyyə direktoruna qarşı “gülənçi” ittihamını qəbul edirsiz?Əgər belədirsə, bunu açıq şəkildə etiraf edin. Və bir daha təkrar edirik ki, bu günə qədər “Azadlıq” qəzetininTürkiyədə baş verənlərə münasibəti konkret olub və bunun sübuta ehtiyacıyoxdur. İndi növbə Türkiyə hökumətinindir, cavabınızı gözləyirik”, sənəddə qeyd edilir.

Qəzet bildirir ki, bütün prinsipial dövrlərdə Türkiyənin yamnında olub. SAzərbaycamn hökumətini Türkiyə ilə yaxşı münasibətlərə səsləyib.

“Bayraq krizi yaşananda da, Rusiya təyyarəsi vurulanda da, viza məsələsi gündəmə gələndə də Azərbaycan müxalifətinin və “Azadlıq” qəzetinin mövqeyi birmənalı olub.Türkiyə hökuməti bilmir ki, “Azadlıq” qəzeti uzun illərdi Gülən şəbəkəsinin Azərbaycandakı fəaliyyətindən yazır, hökumətin bu şəbəkəylə əlaqələrini gündəmə gətirir? Yeri gəlmişkən, bayraq krizi zamanı “Azadlıq” qəzetinin tutduğu mövqeyə görə Türkiyənin o zamankı səfiri redaksiyaya gələrək, qəzetin kollektivinə təşəkkürünü bildirib.

Türkiyədəki son çevriliş cəhdi zamanı da ilk reaksiyanı AXCP sədri Əli Kərimli verdi və çevriliş cəhdini birmənalı şəkildə pislədi. “Azadlıq” qəzeti isə bütün buraxılışlarında bu mövzunu diqqətdə saxladı və Azərbaycan hakimiyyətindən həqiqi Gülənçilərə qarşı mübarizə tələb etdi”, qəzet bildirir.

Çağırışda qeyd edilir ki, bütün bunlardan sonra “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli, AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli “gülənçi” adıyla həbs olunub, AXCP sədrinə qarşı rəsmi şəkildə qara kampaniya start götürüb. Bütün bu baş verənlər Türkiyə ilə bağlıdır və Türkiyə hökuməti, səfirlik bu rüsvayçılığa susmamalıdır. Fakitiki olaraq Azərbaycan hökuməti çevriliş cəhdini pisləyənləri, Türkiyəyə hər zaman dəstək verənləri şərləməklə məşğuldur”, sənəddə deyilir.

XS
SM
MD
LG