Accessibility links

Azərbaycan Avropa Şurası ilə 2022-2025-ci illər üçün Fəaliyyət Planı imzalayır


Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və Azərbaycan Respublikasının prezidenti İlhm Əliyev.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və Azərbaycan Respublikasının prezidenti İlhm Əliyev.

Aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin görüşündə Azərbaycanın bu qurumda fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Hökumətin siyasi müxalifəti Azərbaycanın Avropa Şurası ilə qəbul etdiyi fəaliyyət proqramının və öhdəliklərinin əsasən yerinə yetirilmədiyi qənaətindədir.

İlham Əliyev: Avropa Şurasına üzvlük çərçivəsində qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, bu günki görüşdə Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyi bildirib.

“Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır,” o qeyd edib.

Azərbaycan Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulub.
Mariya Peyçinoviç Buriç, Avropa Şurasının Baş katibi

Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasında üzvlüyü prosesi çərçivəsində ölkənin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu və bu əsnada işin aparıldığını bildirib.

Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı qeyd edilib və bu proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulanıb.

Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verib.

Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.

İlqar Məmmədov: Avropa Şurası yalnız hökumət və iqtidar partiyası ilə işləyir

İlqar Məmmədov: Avropa Şurası yalnız hökumət və iqtidar partiyası ilə işləyir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Azərbaycan Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, Azərbaycan bu gün və sabah Avropa Şurası ilə 2022-2025-ci illər üçün, üç illik fəaliyyət planını imzalayacaq.

“Bu fəaliyyət planına demokratiyaya, qanunun aliliyinə, insan haqlarlına aid bir çox meyarlar, parametrlər daxil edilib. Təəssüf ki, bu meyarların, parametrlərin müəyyən edilməsində, ümumiyyətlə strategiyanın formalaşdırılmasında Avropa Şurası ancaq hökumətlə və hakim partiya ilə işləyir. Müxalifət partiyalarının heç biri, hətta parlament partiyaları, biz, ReAL Partiyası bu prosesə dəvət almayıb. Halbuki, bu fəaliyyət planı həm seçki islahatını, partiyalar üçün fəaliyyət şəraitini və digər sahələri əhatə edir, hansı ki, siyasi partiyalar üçün xüsusi maraq kəsb edir, Azərbaycanda siyasi sistemin inkişafı üçün önəmlidir. Buna baxmayaraq nə Avropa Şurası, nə də Azərbaycan hökuməti məsləhətləşmələrə bizi dəvət etməyib.”

Avropa Şurasına üzvlyümüzün xüsusi dəyəri olmalıdır, demokratik islahatlar üçün bir üstünlük verməlidir. Təəssüf ki, Avropa Şurasında üvzlüyümüz demokratik islahatlar üçün üstünlük vermir.
İlqar Məmmədov, REAL Partiyasının sədri

Məmmədov deyib ki, 58 səhifəlik fəaliyyət planının mətni də əvvəlcədən onlara təqdim edilməyib.

“Biz, ancaq dünən bu mətni Avropa Şurasının saytından götürmüşük. Sənəd bu gün imzalanacaq. Ancaq sənəd imzalanandan sonra biz onunla tanış olub, qiymət verəcəyik.”

Partiya sədri hesab edir ki, bu, düzgün iş qaydası deyil.

“Heç olmasa sənədin parametrlərinin yerinə yetirilməsində ciddi uğur olsa, bəlkə də buna müsbət baxarıq. Amma iş qaydasının özü heç də məqbul deyil.”

İlqar Məmmədovun qənaətincə, bundan öncəki fəaliyyət planlarının bəzi ayrı-ayrı sahələrində məhdud irəliləyiş mövcud olsa da, bu irəliləyişlər üçün Avropa Şurasına daxil olmağın bir mənası yox idi.

“Biz bu irəliləyişləri Avropa Şurasına üzv olmadan da əldə edə bilərdik. Bu quruma üzvlyümüzün xüsusi dəyəri olmalıdır, demokratik islahatlar üçün bir üstünlük verməlidir. Təəssüf ki, Avropa Şurasında üvzlüyümüz demokratik islahatlar üçün üstünlük vermir,” İlqar Məmədov Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Qulamhüseyn Əlibəyli: İnsan hüquqları, işgəncələr, seçki ilə bağlı öhdəliklər yerinə yetirilməyib

Qulamhüseyn Əlibəyli: İnsan hüquqları, işgəncələr, seçki ilə bağlı öhdəliklər yerinə yetirilməyib
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli hesab edir ki, Azərbaycan bir sıra öhdəlikləri formal cəhətdən yerinə yetirsə də hər hansı öhdəliklə bağlı praktiki irəliləyiş görünmür.

Qəbul olunmuş qanunların icrası ilə bağlı çox ciddi problemlər var.
Qulamhüseyn Əlibəyli, Milli Məclisin keçmiş üzvü

“Məsələn, konvensiyalara qoşulmaqla bağlı, dini qanunvericiliklə bağlı öhdəliklər formal cəhətdən əsasən yerinə yetirilib. İnsan hüquqları, seçkilər, demokratiya ilə bağlı faktiki öhdəliklər də götürülüb. Bu öhdəliklər də formal cəhətdən bəlkə də yerinə yetirilmiş hesab oluna bilər. Amma bunlar nə Avropa Şurasını, nə də Azərbaycan müxalifətini qane etmir. Yəni insan hüquqları, işgəncələrin dayandırılması, seçki ilə bağlı və sair öhdəliklər yerinə yetirilməyib. Düzdür, müəyyən formal dəyişikliklər olur, yeni məcəllələr qəbul olunur, insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət proqramı qəbul olunur. Amma bunlar hələ də ölkənin siyasi həyatında, Avropa Şurasında narahatlıq doğuran halların aradan qaldırlmasına gətirib çıxarmayıb. Qəbul olunmuş qanunların icrası ilə bağlı çox ciddi problemlər var,” Əlibəyli qeyd edib.

2022-2025-ci illər üzrə Fəaliyyət Planı

Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Azərbaycan qanunvericiliyinin, institutları və praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasına yönələn strateji proqramlaşdırma alətidir.

Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə yönəlib.

Fəaliyyət Planında Avropa Şurasının nizamnamə və nəzarət orqanlarının əvvəllər qəbul etdikləri qərar və tövsiyələr, habelə milli islahatlar proqramı nəzərə alınıb.

Azərbaycan üçün Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur.

Bundan öncə Avropa Şurasının 2014-2018-ci illər və 2018-2021-ci illər üçün Azərbaycana dair fəaliyyət planları olub.

Fəaliyyət planları Azərbaycanda məhkəmə hakimiyyətinin artırılmasının və məhkəmə idarəetməsinin təkmilləşdirilməsinin, korrupsiya və kibercinayətkarlığa qarşı mübarizənin, jurnalistika fakültəsi tələbələri üçün tədris proqramının təkmilləşdirilməsinin, cəzaçəkmə müəssisələrinin yüksək vəzifəli menecerləri və tibbi heyətinin idarəetmə bacarıqlarının artırılmasının, insan hüquqlarının və əsas azadlıqlarının, plüralist demokratiya kimi ümumi dəyərlərin təşviqinin, qanunun aliliyinin gücləndirilməsinin və demokratik idarəçilik prinsiplərinin təmin edilməsinin təşviqini nəzərdə tutur.

Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tam hüquqlu üzv qəbul edilib. Hazırda Azərbaycan Avropa Şurası çərçivəsində qəbul edilən 60-dan çox beynəlxalq konvensiyanın iştirakçısıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG