Accessibility links

"Dünyanın ən korrupsioner iki ölkəsi yardım sorağında"


Azərbaycanda demokratiya fəalları etiraz aksiyası keçirir. 12 oktyabr, 2013.
Azərbaycanda demokratiya fəalları etiraz aksiyası keçirir. 12 oktyabr, 2013.

Quartz online dərgisində məqalə ilə çıxış edən Steve LeVine yazır ki, Dünya Bankı dünyanın ən korrupsioner iki ölkəsinə yardım göstərir. Neft qiymətlərinin son 19 ayda düşməkdə davam etməsi qlobal enerji sektoruna baha başa gəlir. Hazırda beynəlxalq banklar Azərbaycan və Nigeriyaya yardım əlini uzadıb. Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə 4 milyard, Dünya Bankı və Afrikanın İnkişaf Bankı isə Nigeriyaya 3.5 milyard dollarlıq kredit verilməsinə dair müzakirələr aparır.

Demokratik səsvermədə seçilmiş və hazırda ölkədə korrupsiyaya qarşı mübarizə aparan Nigeriya prezidenti Conatan Qudlakdan fərqli olaraq, Azərbaycanın avtokratik prezidenti İlham Əliyev haikimiyyətini daha da möhkəmləndirir və onun kleptokratik şəbəkəsi maneəsiz hakimiyyət sürdürür.
Sara Çayes, Karnegi Beynəlxalq Sülh Fondu

Transparency International-ın yanvar ayında açıqladığı korrupsiya indeksinə görə Azərbaycan korrupsiyalaşmış 168 ölkə arasında 119-cu, Nigeriya isə 136-cı yeri tutur.

Neft qiymətlərinin kəskin ucuzlaşması ilə iqtiadiyyatları əsasən neftdən asılı olan bir çox ölkələr dərin iqtisadi böhranla üzləşirlər. Azərbaycan və Nigeriyadan fərqli olaraq Venesuela və Səudiyyə Ərəbistanının Qərbə yardım üçün üz tutacaqları gözlənilmir.

Karneqi Beynəlxalq Sülh Mərkəzindən Sara Çayesin dediyinə görə, korrupsiyanın geniş yayıldığı ölkələrdə kreditlər adətən hakim şəbəkənin əlinə keçir və siyasi iqtidarın əlində alətə çevrilir. O, nəticədə bu vəsaitin borc içərisində olan əhaliyə deyil, hakimiyyətə xidmət etdiyini deyib.

Ekspert belə vəziyyətdən çıxış yolunu kreditlərin mücərrəd islahatlara deyil, spesifik infrastruktur layihələrinə ayrılmasında görür.

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda islahatlar keçirilməyib.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda islahatlar keçirilməyib.

Sara Çayes Azərbaycanda siyasi durumun avtoritar prezident İlham Əliyevin qüdrətini artırması ilə ağırlaşdığını bildirib. O deyib ki, Əliyevin kleptokratik şəbəkəsi maneəsiz hakimiyyət sürdürür.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Azərbaycanın kreditlərə müraciət etməkdənsə, neft şirkətləri və bankların özəlləşdirilməsinə imkan yaratmasının vacibliyini irəli sürür. Səfirin sözlərinə görə onu qorxudan odur ki, İlham Əliyev narazı xalqının diqqətini yayındırmaq məqsədi ilə 1994-cü ildə atəşkəs əldə edilən Ermənistanla yenidən müharibəyə başlaya bilər.

XS
SM
MD
LG