Accessibility links

Azərbaycan prezidenti Naxçıvanda ATƏT-in Minsk qrupunun missiyası ilə görüşüb


Azərbaycan prezidenti Naxçıvanda ATƏT-in Minsk qrupunun missiyası ilə görüşüb
Azərbaycan prezidenti Naxçıvanda ATƏT-in Minsk qrupunun missiyası ilə görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri və qiymətləndirici missiya Naxçıvandan Yerevana gedib. Yerevandan sonra missiya Dağlıq Qarabağ və ermənilərin nəzarətində olan Azərbaycan rayonlarında olacaq.

Bu gün prezident İlham Əliyev Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nin Naxçıvan şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat verib.

Xəbərdə deyilir ki, dövlət başçısı həmsədrlərin Naxçıvana səfərini müsbət hal kimi dəyərləndirib. Missiyanın fəaliyyətini alqışlayan prezident Əliyev 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini qeyd edib.
O qiymətləndirici missiyanın tərkibinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də daxil edilməsini önəmli hal kimi qiymətləndirib. “Missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümid edirəm”, - deyə dövlət başçısı qeyd edib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi bu gün Naxçıvandan Yerevana gedib. Missiyanın səfərini Yerevandan sonra Dağlıq Qarabağ və ermənilərin nəzarətində olan Azərbaycanın rayonlarında davam etdirəcək. Missiyanın regiona səfəri oktyabrın 14-dək davam edəcək.

XS
SM
MD
LG