Accessibility links

Azərbaycan vətəndaşlarını Liviyaya səfər etməməyə çağırır


Azərbaycan vətəndaşlarını Liviyaya səfər etməməyə çağırır
Azərbaycan vətəndaşlarını Liviyaya səfər etməməyə çağırır

Liviyada Azərbaycan səfirliyi fəaliyyət göstərir. Hazırda səfirlikdə səfir və onun sürücüsü qalıb

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını Liviyaya səfər etməməyə çağırır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bilduirib ki, Liviyada yaranmış vəziyyətə görə bu ölkəyə səfər etmək təhlükəlidir.

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Media Forum saytına bildirib ki, Liviyadan indiyədək 16 Azərbaycan vətəndaşı çıxarılıb.

Səfirin sözlərinə görə, 12 azərbaycanlı Ukraynaya, 4 nəfər Maltaya göndərilib.

Səfir deyib ki, Liviyada olan Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumat yoxdur. “Digər vətəndaşlarımızı da ilk imkan olan kimi Liviyadan çıxaracağıq. Təəssüflər olsun ki, vətəndaşlarımız Liviyanı tərk etmək üçün Azərbaycan səfirliyinə müraciət etmirlər. Biz onlara müraciət etmişik. Əlimizdə olan məlumata görə, hazırda Liviyada təxminən 15 Azərbaycan vətəndaşı var”.

Cənab Şükürov qeyd edib ki, Azərbaycan səfirliyinin bir xanım əməkdaşı da paytaxt Tripolidən evakuasiya olunub: “Hazırda səfirlikdə iki nəfər qalmışıq. Mən və sürücüm İlham İmanov. Bizim həyatımıza heç bir təhlükə yoxdur. Səfirliyin yerləşdiyi ərazidə sabitlikdir”.

XS
SM
MD
LG