Accessibility links

Azərbaycanda hicab problemi davam edir


Təhsil nazirliyinin şagirdlərin məktəbə vahid məktəbli formasında gəlməsi barədə qərarı dindarların narazılığına səbəb olub

Son aylarda Azərbaycanda azyaşlı qızların məktəbə hicabda getməsi ilə bağlı problem yaşanmaqdadır. Təhsil naziri şagirdlərin məktəbə vahid məktəbli formasında gəlməsinin vacibliyini bildirib. Bundan sonra, bir neçə yüz dindar təhsil nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Bu gün isə bir qrup dindar Bakıdan 360 kilometr qərbdə yerləşən Gəncə şəhərində Şah Abbas məscidi yaxınlığında etiraz olaraq “Allahu Əkbər” şüarları səsləndirib.

Gəncə şəhər Polis İdarəsindən “Amerikanın səsi” radiosuna bildiriblər ki, polisin qanuni tələbinə məhəl qoymayan bir neçə dindar saxlanıb və profilaktik söhbət edilərərk azad buraxılıb.

Dünən isə bir qrup dindar valideyn Bakının Xocasən qəsəbəsindəki məktəblərdən birində pəncərləri sındırıb. Təhsil Nazirliyindən bildiriblər ki, hicablı qızlarının məktəbə buraxılmamasına etiraz edən valideynlər məktəbin pəncərələrini sındırıb. Valideynlər məktəb rəhbərliyinə xəbərdarlıq edib ki, əgər hicaba qadağa götürülməsə, məktəbi yandıracaqlar.

Faktla bağlı polisi araşdırma aparır.

XS
SM
MD
LG