Accessibility links

“Sahə” filmindəki roluna görə gənc aktyor Timur Oduşev Hollywood Young Artists Award» mükafatina nominasiya edilib


“Sahə” filmindəki roluna görə gənc aktyor Timur Oduşev Hollywood Young Artists Award» mükafatina nominasiya edilib
“Sahə” filmindəki roluna görə gənc aktyor Timur Oduşev Hollywood Young Artists Award» mükafatina nominasiya edilib

Amerikanın Səsinə müsahibəsində İlqar Safat özünün “Sahə” filmi və filmin iştirakçıları haqda danışır

Azərbaycanlı rejissor Ilqar Safatın “Sahə” filmindəki roluna görə gənc aktyor Timur Oduşev «Hollywood Young Artists Award» mükafatına nominasiya edilib. İlqar Safat art-house dram-mistika janrında ekranlaşdırdığı «sahə» filmininin həm də ssenari müəllifidir.
Azərbaycan və Gürcüstan studiyalarının müştərək çəkdiyi film barədə rejissor İlqar Safat Amerikanın Səsinə vediyi müsahibəsində hadisələrin iki zamanda cərəyan etdiyini bildirdi. O, məşhur bir fotoqrafın Sovet dövründə, uşaq ikən ağır psixoloji travma aldığını və 20 ildən sonra onun başına gələnlərdən bəhs edildiyini onun artıq yetkinlik yaşına çatmasına baxmayaraq, özü də bilmədən hələ də keçmişdə yaşadığını bildirdı.

İlqar Safat baş qəhrəmanın uşaqlıq illərini Azərbaycanın gənc aktyoru Timur Oduşevin ilk rolu olduğunu dedi. O, yetkinlik yaşlarını gürcü aktyor Zaza Bizaşvilinin ifa etdiyini, əsas rollarda fransız aktrisası Melissa Papev və Azərbaycanlı aktyor Vaqif İbrahimoğlunun çəkildiklərini bildirdi.

İlqar Safat filmin Los Ancelesdə təqdimatı zamanı Timur Oduşevin ifasının kino tənqidçilərinin diqqətini cəlb etdiyini və ona konkursda iştirak etmək təklifi edildiyini və nəhayət Timur Oduşevin səkkiz nominantdan biri olduğunu dedi. Rejissor Timur Oduşevin ifa etdiyi rola görə Hollivudun gənc aktyoru mükafatına layiq görülənlər siyahısına düşdüyünü və buna görə qürur hissi keçirdiyini bildirdi. O, filmə çəkilməyə başlayarkən Timurun 15 yaşı olduğunu və bu rolun onun ilk rolu olduğunu dedi.

XS
SM
MD
LG