Accessibility links

Böyük Yeddilər dünya ölkələrinə 1 milyard doza vaksin ianə edəcək


Britaniyanın Baş naziri Boris Conson cümə günü görüşü planlaşdırılan G-7 ölkələrinin sammiti zamanı aşağı və orta gəlirli ölkələrə bir milyard doza COVID-19 peyvəndi ianə etmək planını elan edəcəyini bildirib.

Conson bu açıqlamanı cümə axşamı ABŞ prezidenti Co Baydenin G-7 sammitindən əvvəl administrasiyasının 500 milyon doza Pfizer peyvəndi ianə edəcəyini bildirəndən sonra edib.

"Biz qlobal tərəfdaşlarımızla birgə dünyanı bu pandemiyadan qurtarmağa kömək edəcəyik" deyə Bayden bildirib.

Britaniya 100 milyon doza ianə edəcək.

"Birləşmiş Krallığın peyvənd proqramının müvəffəqiyyətli olması nəticəsində artıq əlavə dozalarımızı ehtiyacı olanlarla bölüşə bilərik" deyən Conson əlavə edib ki, "Bunu etdiyimiz zaman pandemiyanı aradan qaldırmaq uğrunda böyük addım atmış olacağıq".

Bayden cümə axşamı Kornuallda deyib ki, ABŞ avqust ayında dozalar "istehsaldan çıxan kimi tez bir müddətdə" onları göndərməyə başlayacaq və əlavə edib ki, bu ilin sonuna qədər 200 milyon, 2022-ci ilin ilk yarısına qədər isə əlavə 300 milyon doza göndəriləcək.

Bayden vaksinlərin çatırılmasında heç bir əlavə məqsədin güdülmədiyini bildirib. "Bizim vaksin ianələrimizə heç bir potensial təzyiqlər daxil deyil. Biz həyatları qurtarmaq və pandemiyanı sona çatdırmaq üçün edirik" deyə o əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG