Bir çox şirkət “Best in Class” yəni “sektorun aparıcı şirkəti”, digərləri isə “B korporasiyası” statusunu almağa çalışır. “B corps” sertifikatı şirkətlərdən sosial və ətraf mühit öhdəliyi ilə bağlı artan tələbata bir cavabdır, çünki artıq bir çox istehlakçı onların şəxsi dəyərlərini tamamlayan şirkətlərin mallarını alır.
B korporasiyaları” bizneslərindən yaxşı məqsədlər üçün istifadə edən şirkətlərdir. B corp serifikatını almaqla, onlar istehlakçılara şirkətin cəmiyyətə müsbət təsirinin olduğunu göstərir
Multi-milyon dollarlıq dəb brendi, dondurma şirkəti və yeni təsis edilmiş texnologiya şirkətinin ortaq nəyi ola bilər? Onların hamısı “B corps” sertifikatı almış şirkətlərdir - yəni qeyri-kommersiya təşkilatı kimi davranan kommersiya şirkətləri.
Endryu Kassoy: “B korporasiyaları” bizneslərindən yaxşı məqsədlər üçün istifadə edən şirkətlərdir. B corp serifikatını almaqla, onlar istehlakçılara şirkətin cəmiyyətə müsbət təsirinin olduğunu göstərir".
Əksər şirkətlər üçün yaxşı əməllə pul qazanmaq bir-birinə zidd anlayışlardır. B corps-un məqsədi də elə bu ziddiyəti aradan qaldırmaqdır.
Endryu Kassoy: “Bəzi şirkətlər işçiləri üçün daha çox imkanlar yaratmaq, onların dəyərini artırmağa çalışır. Digərləri isə ekoloji baxımdan davamlı və sosial məsuliyyəti olan məhsullar yaratmaq istəyirlər".
Bu artıq qlobal bir hərəkata çevrilib. Dünya boyu 2000-dən çox böyük və kiçik şirkət B corp sertifikatını alıb.
Beləcə biz cəmiyyətin, ətraf mühitin, istehlakçıların qayğısına qalmaq kimi məsələlərdə nə dərəcədə yaxşı iş görüb-görmədiyimizi ölçə bilirikŞon Kallen
Cennifer Uorden: “Ötən il B corp sertifikatını Amerika şirkətlərindən çox xarici şirkətlər alıb. Bizim 13 fərqli regionda tərəfdaşlarımız var. Onların əksəriyyəti Latın Amerikası və Avropada olsa da, artıq Asiya və Afrikada da bu cür şirkətlərin sayı artır”.
B corp sertifikatını almaq üçün şirkətlər tullantıların azaldılmasından tutmuş qadınlar və azlıqlara liderlik rollarının verilməsi kimi məsələlərdə mümkün 200 baldan 80 bal toplamalıdır. Məsələn Bruklində fəaliyyət göstərən “Uncommon Goods” onlayn mağaza B corp sertifikatına sahibdir.
Şon Kallen: “Beləcə biz cəmiyyətin, ətraf mühitin, istehlakçıların qayğısına qalmaq kimi məsələlərdə nə dərəcədə yaxşı iş görüb-görmədiyimizi ölçə bilirik”.
Qiymətləndirmə hər iki ildən bir aparılır. Şirkətlərin daxili davranış qaydalarında işçi və istehlakçılara qarşı cavabdehlik əks olunmalıdır. Şirkətin böyüklüyündən asılı olaraq, sertifikatın qiyməti illik 500 ilə 25 min dollar arasında dəyişir. Bunun müqabilində isə onlar sektorun ən yaxşıları arasına daxil olurlar.
Şon Kallen: “Məhsullaırn üzərində B Corp loqosu görəndə, yaxşı məhsul əldə etdiyini bilirsən.”
Endryu Kassoy: "Məqsəd isə bir gün bütün şirkətlərin gəlirləri qədər ətraf mühitə təsirlərini də nəzərə alıb, ölçmələrini təmin etməkdir. Bununla da bütün şirkətlər dünya üçün faydalı məhsullar istehsal etməyə çalışacaqlar."
B korporasiyaları üçün, şirkət dəyərləri qədər sosial dəyərlər də yaxşı biznesin bir göstəricisidir.