Babilistanın asma bağçaları deyəndə göz önünə itirilmiş rəngarəng gözəlliklər gəlir. Bağçaların harada yerləşdiyi, ya da ümumiyyətlə belə bağçaların olub-olmadığı barədə müzakirələr davam etdiyi bir vaxt, alimlərin on illərdir apardığı tədqiqatların nəticələri iki milyon yarım il əvvəl mövcud olan bu bağçaların görünüşünü müəyyən etdiyini göstərib. Dünyanın ən gözəl bağçaları kimi tanınan bu bağçalar krallığın yoxa çıxmış zənginliyinin sinonimidir.
Bu animasiyada Babilistanın asma bağçalarının demək olar ki, eynisi olduğu deyilir. Northampton universitetinin kompüter üzrə mütəxəssislərin hazırladığı bu dizayn iyirmi ildən artıq aparılan araşdırmaların nəticəsidir. Northampton universitetindən Əli Əl-Şerbaz: “Bu, bir rəssam təxəyyülü deyil, bu, arxeoloqların sübutlara əsaslanan işlərinin nəticəsidir.”
Bağçalar bizim eradan əvvəl, 600-cü illərdə Neo-Babilistan İmperiyası zamanı hakimiyyətdə olan kral II Niboçadnezzar tərəfindən salınıb. Qədim yunan yazılarında yüzlərlə illər qalan həmin bağçalar dünyanın yeddi gözəlliyindən biri kimi təsvir edilib.
Tarixən qədim Babilistan müasir Bağdadın cənubunda yerləşib. Lakin bəzi alimlər bu şəhərin şimalda, Mosul şəhərinə yaxın bir yerdə yerləşdiyini deyir. Tarixçi Stefani Dalley: “Biz həmin yerin tam olaraq harada olduğunu bilmirik. Biz bunu təxmin etmişik. Həmin yerdə Assuriyaya aid çox sayda laylar var idi. Biz bağçaların nə qədər qaldığını da bilmirik.”
İslam Dövləti qrupuna qarşı döyüşlərdə Mosul və ətrafındakı böyük ərazı tamamilə dağıdılıb. AMAR fondu tədqiqatların davam etdirilməsi üçün xeyriyyə təşkilatlarının yardımı ilə münaqişə bölgəsindəki tarixi yerlərin bərpasını planlaşdırır. “Bu müsbət bir haldır və biz bunun keçmişlə əlaqəli sosial təsirini vurğulamağa çalışırıq. İnsanlar bir çox müharibələrə görə təəssüf ki, bu əlaqələri itirirlər" - deyə, Əli Əl-Şerbaz bildirir.
Belə bir layihə İraqın zəngin mədəni irsinin araşdırılmasına və dəyərləndirilməsinə yardım edəcək.