Accessibility links

Bağdad iki bomba partlayışına səhnə olub


Bağdad iki bomba partlayışına səhnə olub
Bağdad iki bomba partlayışına səhnə olub

Hücumlar zamanı ən azı 29 adamın həyatına son qoyub

İraq rəsmiləri deyir ki, Bağdadda baş vermiş iki bomba partlayışı ən azı 29 adamın həyatına son qoyub. Bağdadın şimalındaki Ədən meydanı ərazisində və Mənsur rayonunda həyata keçirilmiş hücumlar nəticəsində onlarla insanın yaralandığı bildirilir. Rəsmilərin sözlərinə görə, insanların böyük əksəriyyəti Ədən meydanında baş vermiş partlayış zamanı xəsarət alıb. Polis hücumun milli təhlükəsizlik idarəsini hədəf aldığını ehtimal edir. Digər bomba isə mobil telefon şirkətinin ofisi qarşısında partladılıb və yaxınlıqdakı bir neçə binanı dağıdıb. Hücumların məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Bu gün baş verən başqa bir partlayış zamanı isə iki nəfərin həlak olduğu bildirilir.

XS
SM
MD
LG