Accessibility links

Bəhreyndə nümayişçilərə yardım göstərən tibb işçiləri məhkəmə qarşısına çıxarılıb


Bəhreyndə nümayişçilərə yardım göstərən tibb işçiləri məhkəmə qarşısına çıxarılıb
Bəhreyndə nümayişçilərə yardım göstərən tibb işçiləri məhkəmə qarşısına çıxarılıb

Bəhreyndə hökumət əleyhinə nümayişlərdə yaralanan nümayişçiləri müalicə edən həkimlər və tibbi yardım işçiləri krallığı devirmək ittihamları ilə məhkəmə qarşısına çıxarılıblar. Mart ayında qadağan saatı tətqbiq edilən vaxtdan 23 həkim və 24 tibb işçisi həbs edilib. Qadağan saatının keçən həftə ləğv edilməsinə baxmayaraq, onlar həbsdə saxlanı. Həkimlərin məhkəməsi qapalı keçsə də, Qərb mətbuat agentlikləri onlara qarşı rəsmi ittihamların irəli sürüldüyü və iyunun 13-də məhkəmədə yeni dinləmələrin keçiriləcəyi haqda məlumat verib. Tibb işçilərinin həbsi yaralananları müalicə etməyin onların mənəvi və peşə vəzifəsi olduğunu deyən beynəlxalq insan hüquqları qruplarının kəskin reakasiyasına səbəb olub.

XS
SM
MD
LG