Accessibility links

Bakıda tozun miqdarı sanitar normanı bir neçə dəfə keçib


Havada müşahidə olunan toz lokal xarakter daşıyır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Məumatda deyilir ki, 2017-ci il avqustun 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.

Buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

XS
SM
MD
LG